Accessibility links

Nazir: 2020-ci ildə Azərbaycanda bərpaolunan enerji 30 faizə çatacaq


Pərviz Şahbazov
Pərviz Şahbazov

“2030-cu ilədək Azərbaycanda bərpaolunan mənbələrin ümumi həcmi 30 faizə çatacaq. Bundan ötrü güclü potensial mövcuddur. Biz təşviqetmə mexanizmlərinə cavab verən ciddi qanunvericilik bazası yaratmaq istəyirik. Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq.”

Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq.

Bu barədə Moskvada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxışında deyib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə nazir çıxışında yeni texnologiyaların enerji sektoruna təsiri, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması kimi məsələlərin ölkələrin enerji siyasətində prioritetə çevrildiyini qeyd edib.

Azərbaycanın enerji sektorunda qlobal çağırışlara uyğun islahatyönümlü kompleks tədbirlərin həyata keçirilməsindən danışan Pərviz Şahbazov bildirib ki, bütün bu tədbirlər energetika sektorunda effektiv tənzimləmə sayəsində müsbət nəticə verə bilər.

“Tənzimləyici orqan artıq formalaşdırılıb. Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”, o qeyd edib.

“Energetika həftəsi” Moskvada oktyabrın 3-dən 6-dək keçirilir. Bu ilki forumda 10 mindən çox nümayəndə iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG