Accessibility links

Enes Kanter - NBA meydançasında ulduz, Türkiyədə terrorçu


Enis Kanter - NBA meydançasında ulduz, Türkiyədə terrorçu
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Türkiyədə anadan olmuş Amerika Milli Basketbol Assosiasiyası (NBA) oyunçusu Enes Kanter hazırda Türkiyə tərəfindən axtarışdadır. Onun pasportu Türkiyə hökuməti tərəfindən ləğv edilib və o, Ankaranın 2016-cı ildə prezident Rəcəb Təyyib Ərdoğanı devirmək məqsədilə dövlət çevrilişi cəhdinin təşkililində günahlandırdığı ruhani liderlə əlaqəsi olduğuna görə terrorçu adlandırılıb. Uzun müddətdir Ərdoğanın tənqidçisi olan Enes Kanterin həyatı təhlükədə olduğu üçün onun çarpayısının yanında yardım düyməsi var. Lakin buna baxmayaraq basketbolçu əvvəlllər olduğu kimi diqqətini idmana və karyerasına yönəldib.

Adətən Ramazan ayı boyu Enes Kanterin günü oruca başlamaq üçün sübh yeməyini hazırlamaqla başlayır. İlk dəfə idi ki, Ramazan NBA oyunlarının uzandığı bir vaxta təsadüf edirdi. Enes Kanter: “Yadımdadır, bir dəfə mən orucumu pozmalı oldum. Mənim yanımda 6 fıstıq əzməsi ilə cem buterbrodu, banan və gatorade içkisi var idi. Mənim komanda yoldaşlarım “sən bütün bunları yeyəcəksən” deyə, sual verdilər və mən onlara “mən acam” dedim.”

Enes Kanter Milli Basketbol Assosiasyası və ya NBA-də oynamaq arzusunu gerçəkləşdirir. O hazırda Amerikanın Oreqon ştatında Portland Trail Blazers komandasında oyunçusudur və komanda ilə 18 milyonluq müqavilə imzalayıb. Lakin ailəsini görmək üçün Türkiyəyə gedə bilməməsi onun üçün çox çətindir. O, ailəsini beş ildir görmür. “Analar Günü”ndə o, anasına təbriki Twitter vasitəsilə göndərir və ümid edir ki, anası onun təbrikini görəcək. “Əlbəttə, bu mənə təsir edir, çünki onlar mənim anam, atam, bacımdır. Bacımın dekabr ayında toyu oldu və mən orada iştirak edə bilmədim. Bu, çox kədərlidir.”

Uzun zamandır prezident Rəcəp Təyyibv Ərdoğanı tənqid edən Kanterin Türkiyə pasportu ləğv edilib. Terrorçu elan edilərək, ona qarşı həbs və ekstradisiya hökmü çıxarılıb. Buna görə də Enes Kanter Birləşmiş Ştatların hüdudlarından kənara çıxa bilmir. “Yadımdadır, Türkiyə hökuməti məni terrorçu elan edəndə mənim komanda yoldaşlarım, mənim azarkeşlərim və məşqçilərim gülməyə başladı. Bu, yanız Türkiyə hökumətinin xarakterini göstərir.”

Türkiyə prokurorları Kanterə qarşı 4 il həbs hökmü çıxarıb. Onların dediyinə görə, bu cəza Kanterin Twitter səhifəsində Ərdoğanı diktator adlandırmasına görədir. “Mən yalnız demokratiya və insan haqlarının qorunmasına çalışıram” - deyə, Kanter bildirir.

Enes Kanter komandasının Qərb Konfransı Finalına çıxmasında böyük rol oynayıb. O buna görə ölkəsinın qürur hissi duymalı olduğunu, lakin bunun əvəzində Türkiyənin onun oyunlarının nümayiş etdirilməsinə qadağa qoyduğunu deyir.

Kanter deyir ki, gələcəkdə siyasi karyera mümkündür. Lakin o vaxta qədər o, basketbol meydançasında olduğu kimi, ondan kənarda da insan haqlarının müdafiəsi naminə səsini ucaldacaq.

XS
SM
MD
LG