Bayden administrasiyasının tərkibi ABŞ tarixində müxtəlifliyi təmsil etməsi ilə fərqlənəcək. Məsələn, Prezident Co Baydenin Dövlət Katibi seçdiyi Entoni Blinkenin kökləri Rusiya, İsrail və Avropaya gedib çıxır.
Ukraynanın Pereyaslav şəhərciyindəki qeydiyyat kitabına Blinken ailəsi barədə məlumat ilk dəfə 1874-cü ildə daxil edilib. Yankel və Risin dörd oğlu və iki qızı var idi.
Sonradan Amerikaya mühacirət edən kiçik oğul Meyer 1879-cu ildə anadan olub. Nadia Lipes: ”Onlar Pereyaslava Kyiv quberniyasının Zolotonoşa qəsəbəsindən gəlib. Zolotonoşada yaşadıqları zaman onların soyadı Blinken olub. Entoni Blinkenin ulu babası Meyer Blinkin soyadını Blinken deyil, Blinkin yazıb.”
Yəhudi geneologiyası üzrə araşdırmaçı Nadia Lipes Meyer Blinkinin Kiyevə köçdüyünü və orada kənd təsərrüfatı işçisinin qızı, 20 yaşlı Hanna-Male Turovskaya ilə evləndiyini deyir. Blinkin ailəsi 1900-cü ildə ilk uşaqları Moiseyin anadan olmasını qeyd edir. ABŞ-da yaşayanda Moisey adını dəyişərək Moris edir. "Entoni Blinkenin Kiyevdə anadan olan babasına Moşe, rus dilində Moisey avı verilib" - deyə, Nadia Lipes bildirir.
Daha sonra dünyaya üç uşaq gəlib - Solomon, Yakov-Girşel və Viktor. Moisey da daxil olmaqla, 1904-cü ilin əvvəlində Blinkin ailəsi Hamburq və Londondan keçərək Amerikaya yola düşüb. Həmin ilin avqustun sonunda onlar Nyu York şəhərinə gəlib. Amerika Ailə İmmiqrasiya Tarixi Mərkəzindən Caki Şalk: “Ellis adasında aşkar edilən sənədlərdə Meyerin qeydlərdəki adınin yanında X işarəsi olub. Bu, onun səhhəti ilə əlaqədar deyildi. Bunun hansı səbəbdən olduğunu dəqiq bilmirik, lakin onu əlavə sorğu-sual üçün kənara çəkiblər.”
Meyerin oğulları evlənib və adlarını dəyişiblər. Solomon Sem, Moisey isə əvvəlcə Morris, daha sonra Mauris adını götürüb. Maurisin iki oğlu var idi. Onlardan biri - Donald Mayer Blinken ABŞ-ın Macarıstanda səfiri olub. O həm də Entoninin atası idi.
Boşandıqdan sonra gələcək dövlət katibi anası Cudit və yazıçı və vəkil, Holokostdan xilas olan ögey atası Samuel Pisarla birlikdə Parisdə yaşayıb. Entoni Blinken fransız dilində sərbəst danışır və gitara çalır.
Bir çox amerikalı kimi Blinkenin də həm ABŞ-da, həm də xaricdə - Rusiya, İsrail kimi ölkələrdə və Avropada uzaq qohumları var.