Accessibility links

Sudakı çirkləndiriciləri müəyyən edən robot [Video]


Sudakı çirkləndiriciləri müəyyən edən robot
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Dənizlərdə və ya çaylarda suyun üstündə üzən zibil parçaları və ya təkərləri görmək asandır. Lakin çox sayda təhlükəli çirkləndiricilər də var ki, onları göz ilə görmək olmur. Bu səbədən də İsveçrədə tədqiqatçılar suyun içindəki çirkləndiriciləri müəyyən etməyə yardım edən robotu sınaqdan keçirir.

Tədqiqatçılar bu cihazı “Envirobot” adlandıır. Onun işi üzüb, su toplayıb, onu sınaqdan keçirməkdir.

Bu bir nəfərlik işdir. Onu gölə götürüb, nümunə alırsan, daha sonra həmin nümunəni ya elə orada ya da daha sonra laboratoriyada sınaqdan keçririrsən. Laboratoriyadakı avadanlıqları gölə aparmağa ya da nümunələri laboratoriyaya geri gətirməyə ehtiyac yoxdur.
Behzad Bayat

“Envirobot kiçikdir. Bir nəfər onu aparıb, gölə atıb ona bir missiya tapşıra bilər”, Biorob-un tədqiqatçısı Behzad Bayat söyləyir.

Adətən bu missiya suyu test edib, çirkləndirmənin mənbələrini müəyyən etməkdir.

“Bu bir nəfərlik işdir. Onu gölə götürüb, nümunə alırsan, daha sonra həmin nümunəni ya elə orada ya da daha sonra laboratoriyada sınaqdan keçririrsən. Laboratoriyadakı avadanlıqları gölə aparmağa ya da nümunələri laboratoriyaya geri gətirməyə ehtiyac yoxdur”, Bayat deyir.

Robotun dizaynı elə təbiətdən alınıb.

“Hər elementin müəyyən dərəcədə azadlığı var və onlar dəyişə bilər. Bu cür azadlığın olması nəticəsində robot anqvillər kimi üzür”, deyə tədqiqatçısı Alessandro Krespi bildirir.

Tədqiqatçılar deyir ki, pərləri olmadığı üçün Envirobot nə torpağı qarışdırır nə də dənizdəki canlıları narahat edir. Onun motorlu gövdəsi bir neçə hissədən ibarətdir. Bir hissəsi suyun temperaturun ölçə, eyni zamanda isə digər hissəsi çirkləndiriciləri test edib, zəhərliliyin mənbəsini müəyyən edə bilər.

“O elə hazırlanıb ki, biz ona missiya verək və o azad bir şəkildə suyu yoxlayıb, bizim tələb etdiyimiz bütün parametrləri bizə bildirsin”, Krespi söyləyir.

Envirobot
Envirobot

Envirobot suda bir çox test keçirir, amma elə nümunələr var ki, onları insanlar test etməlidir.

Robot prototipdir və tez-tez Cenevrə Gölündə sınaqdan keçirilir. Tədqiqatçılar onun civə kimi ağır metallar və çirkləndiriciləri müəyyən edə biləcəyinə ümid edir.

XS
SM
MD
LG