Accessibility links

Ərdəbilin Fındıqlı meşəsində yanğın baş verib


İRNA xəbər agentliyinin məlumatına görə, Ərdəbil valiliyinin Böhran İdarəetmə Baş direktoru Fərhad Əbdüləlipur Nəmin şəhərindəki Fındıqlı meşəsində yanğın baş verdiyini və bu bölgədə ən az 8000 kvadratmetr meşə ərazisinin yandığını bildirib.

Yanğının meşənin 3 fərqli bölgəsində baş verdiyini söyləyən səlahiyyətli yerli əhalinin də iştirak etdiyi yanğınsöndürmə əməliyyatında Təbii Ehtiyatlar İdarəsinin qüvvələrinin saatlarla sürən səylərindən sonra yanğının söndürüldüyündən xəbər verib.

Əbdüləlipur dövlətin rəsmi xəbər agentliyinə deyib ki, bölgədəki yanğının səbəbi hələ bilinmir, ancaq isti yay günlərində quraqlıq, yüksək temperatur və külək amilləri vilayət vətəndaşlarının və turistlərin ən kiçik ehtiyatsızlığı ilə yanğın ehtimalını artırır."

Əbdüləlipur vətəndaşları meşələrdə yanğın riskini nəzərə alaraq təbiətdə od yandırmaqdan çəkinməyə və tədbir görməyə çağırıb. İRNA xəbər agentliyi yanğınla bağlı xəbəri iyunun 26-da yayıb, ancaq İRİB İran Radio Televiziya Qurumunun saytı iyunun 24-də Nəminin Fındıqlı meşəsində yanğınsöndürmə məşqi keçirildiyi barədə məlumat yaymışdı. Qeyd edək ki, may ayında İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı silahlı qüvvələrin Qərbi Azərbaycan vilayətində Urmiyə Gölü Milli Parkının sucaq ərazilərindən biri olan Sulduz sucaq ərazisinin yaxınlığında hərbi təlim keçirməsi nəticəsində 6 hektar təbii ehtiyatın yanmasına səbəb olmuşdu. Fındıqlı meşələrində yanğının səbəbi barədə rəsmilər hələ ki məlumat verməyib.

Fındıqlı meşəsi İran Azərbaycanının Ərdəbil vilayətinin şərq meşələrinin bir hissəsidir.

Nəmin şəhərindən 10 km və Ərdəbildən isə 30 km məsafədə yerləşən bu meşə turistləri cəlb edir.

Fındıqlı meşələrində yanğın ilk dəfə baş vermir. 2017-ci ilin sentyabrındakı yanğında meşənin 1 hektarlıq ərazisi yanmışdı. Keçən ilin noyabr ayında da meşədə yanğın baş vermişdi, ancaq xəbər agentlikləri bu yanğında meşənin ərazisindən nə qədər xəsarət aldığı bildirilmədi.

Fındıqlı bölgəsinin sahəsi təqribən 16 min hektardır və bölgənin 4 min hektardan çoxu meşə sahələri ilə əhatə olunub və qalan ərazi otlaq sahələridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG