Accessibility links

Novruz tətillərində Ərdəbilə səyahət qadağan edilib


İran Azərbaycanının Ərdəbil vilayətinin valisi Əkbər Behanmcu Novruz bayramı tətillərində vilayətə səyahətlərin qadağan ediləcəyini bildirib.

Ərdəbil valiliyinin rəsmi saytının məlumatına görə, vali koronavirusla bağlı vilayətin bütün turistik və əyləncə yerləri, habelə bütün hotellərin bağlı olacağını deyib. "Heç bir şəkildə Gilan və Şərqi Azərbaycandan vilayətə müsafir qəbul edilməyəcək" - deyə, vali söyləyib.

Ərdəbil valisi bu tədbirlərin nə zamana qədər davam edəcəyi barədə məlumat verməyib, ancaq koronavirusun yayılmasının qarşısını almaq üçün xalqın vacib tədbirləri diqqətə aldığı təqdirdə gələcək həftələrdə yoluxma hallarının azalacağına ümidini ifadə edib.

Behnamcu Ərdəbildə dezinfeksiya və yuyucu məhsulların yetərsiz olduğunu, ancaq bu problemin tezliklə həll olunacağını vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG