Accessibility links

Ərdəbil kəndlərində yol problemləri


İran Azərbaycanın Ərdəbil vilayətinin 55 kəndində asfalt yol olmadığı barədə İranın dövlət mediasında məlumat dərc edilib.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Ərdəbil vilayətinin Yol və Nəqliyyat İdarəsinin direktoru Kəlimallah Vusuqi bu vilayətdə 165 kilometrlik yolu olan 55 kəndin əhalisinin asfalt yoldan məhrum qaldığını bildirib.

Rəsminin dediklərinə görə, bu problemin həlli üçün 400 milyard tümən kredit lazımdır.

Kəlimallah Vusuqi Ərdəbil Yol və Nəqliyyat İdarəsinin ən mühüm problemlərindən birini maliyyə vəsaitinin çatışmazlığı olduğunu bildirib.

O, beynəlxalq standartlara uyğun olaraq yolların mühafizəsi və saxlanması üçün lazımi kreditin hər il yolların gündəlik dəyərinin dörd faizi olması gərəkdiyini vurğulayıb.

“Ərdəbil vilayətinidə 270 min milyard rial yol dəyərini nəzərə alsaq, onun qorunması və saxlanması üçün hər il 10 min milyard rialdan çox kredit lazımdır”- deyə,o əlavə edib.

Vusuqi Ərdəbil vilayətində yolların mühafizəsi üçün hər il 2000 milyard rialdan az vəsait ayrıldığına diqqət çəkərək əslində hər il vilayətin yolları üçün tələb olunan kreditin yalnız 20 faizinin verildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG