Accessibility links

Ərdoğan: Türkiyə Suriyada hərbi əməliyyatlarını davam etdirəcək


Türkiyə prezidenti Afrindən kürdlərin çıxarılmasından sonra Suriyada hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan qüvvələrin Suriyanın Manbij və Kobani kimi tanınan Əyn Əl-Ərəb şəhərlərini də hədəf ala biləcəyini bəyan edib.

Bir gecə biz gözlənilmədən Sincara daxil olacağıq

Prezident Ərdoğan İraq hökuməti hərəkətə keçməsə, kürd yaraqlıların məğlub edilməsi üçün İraqın Sincar vilayətində də hərbi əməliyyatlara başlayacağı ilə hədələyib.

Ankara regionun Türkiəyinin cənub-şərq bölgəsində illərdir müstəqillik mübarizəsi aparan kürd döyüşçülərinə meydan olduğunu iddia edir.

"Bir gecə biz gözlənilmədən Sincara daxil olacağıq" – deyə, Ərdoğan bildirib.

Türkiyənin bu açıqlaması ABŞ-ın narahatlığına səbəb olub. Belə ki, Vaşinqton Suriyanın sərhəd bölgələrinə nəzarət edən kürd yaraqlılarına dəstək verir.

​ABŞ Dövlət Departamentinin sözçüsü Twitter hesabında imzalı açıqlama yayıb.

Departamentin sözçüsü Heter Nauert Türkiyənin Afrin əməliyyatlarından söz açıb;

“Amerika son 48 saat ərzində Afrindən alınan məlumatlara görə olduqca narahatdır. Əhalisinin əksəriyyəti kürd olan bu şəhər Türkiyə ordusu və onun tərəfdarlarının təhlükəsi altındadır. Bu durum bölgədəki humanitar böhranla bağlı narahatlıqları daha da artırır. BMT-də Afrində minlərlə insanın məcburi köçkünə çevrildiyini və onların müdafiəyə ehtiyacı olduğunu bildirib. Biz türk rəsmilərə Afrinlə bağlı narahatlıqlarımızı dəfələrlə bildirmişik”.

Avropa İttifaqı da Türkiyənin əməliyyatları genişləndirməsi qərarını kəskin tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG