Accessibility links

Ərdoğan millətçilərin səsini qazanmağa çalışır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd separatçılarının İraqın Kandil ərazisindəki qərargahına hücum həyata keçiriləcəyini elan edib. Bu qərar Ərdoğanın ayın sonu keçiriləcək seçkilərdə millətçilərin səsinin qazanmağa çalışdığı bir vaxt verilib.

İraqın şimalındakı dağlıq hissələrdə yerləşən Kandil ərazisi Türkiyənin cənub-şərqində Kürd muxtariyyəti uğrunda onilliklər ərzində üsyançı mübarizə aparan PKK qiyamçı qrupunun qərargahının yerləşdiyi məkandır.

Türkiyə qırıcılarının bazar ertəsindən etibarən Kandil ərazisi üzərində uçduğu bildirilir. Lakin quru əməliyyatı haqqında hər hansı bir məlumat yoxdur.

Uğurlu hərbi kampaniyanın Ərdoğanın yaxınlaşan seçkilərdə dəstəyinin artmasına təsir edəcəyi ehtimal edilir. Rəy sorğularına əsasən hal-hazırda Ərdoğanın digər namizədlərdən üstünlüyü azalır və 24 iyun tarixində keçiriləcək seçkilərdə qalib gəlməyə kifayət etmir. Seçicilərin dəstəyi indiki halında qalsa, Türkiyənin növbəti prezidentinin müəyyən edilməsi üçün seçkilərin ikinci mərhələsi keçirilməli olacaq.

Ərdoğan türk millətçilərinin səsini qazanması cəhd etdiyi bir zaman onun əsas rəqibi Müharrəm İncənin kürdlərin dəstəyini almağa çalışır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG