Accessibility links

Ərdoğan seçkilərin 14 mayda keçiriləcəyinə işarə edib


Prezident Rəcəb Tayyib Ərdoğan
Prezident Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ilkin planına sadiq qalaraq, seçkilərin 14 mayda keçiriləcəyinə işarə edib. Seçkilər Türkiyədə 45 mindən çox insanın ölümü ilə nəticələrən faciəvi zəlzələdən üç ay sonraya təsadüf edəcək.

"Allaq qoysa, bu millət 14 mayda gərək olanı edəcək" , Ərdoğan parlamentdə mənsub olduğu AK partiyadan qanunvericilərin önündə çıxış edərkən deyib.

Ötən ay baş verən zəlzələdən sonra prezident və parlament seçkilərinin mümkün vaxtına dair işarələr ziddiyyətli idi. Bəziləri seçkilərin ilin sonunadək təxirə salına biləcəyini və ya planlaşdırıldığı kimi 18 iyunda keçiriləcəyini təxmin edirdi.

Zəlzələdən öncə Ərdoğanın populyarlığı artan yaşayış xərcləri və liranın dəyərini itirməsi səbəbilə azalmışdı. Zəlzələdən sonra isə o, hökumətinin ölkənin müasir tarixindəki ən tələfatlı zəlzələyə cavab tədbirləri səbəbilə tənqid dalğası ilə üzləşib.

Hakimiyyətini üçüncü onilliyə uzatmağı hədəfləyən Ərdoğan daha öncə seçkilərin iyunda bayram səbəbilə mayda keçiriləcəyini bildirmişdi. Rəy sorğuları bu səsvermədə onun ən böyük seçki rəqabəti ilə üzləşəcəyini göstərir.

Seçki rəsmilərinin 14 milyon əhalisi olan zəlzələ sonasında zərər çəkmiş şəxslərin səsverməsi üçün hazırlıq tədbirləri həyata keçirmək imkanlarına dair şübhələr mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG