Accessibility links

Ərdoğan anti-terror əməliyyatlarını davam etdirməyə söz verib


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriya və İraqda yerləşən İslam Dövləti qrupunun militantlarına və Kürd üsyançılarına qarşı mübarizəni davam etdirməyə söz verib. NATO regionda vəziyyəti müzakirə etmək məqsədilə təcili görüş keçirib.

Cənab Ərdoğan Çinə səfər etməzdən əvvəl Ankarada hava limanında jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, terrorizmlə mübarizəyə qarşı geri heç bir addım atılmayacaq və bu proses eyni qətiyyətlə davam edəcək.

Türkiyə prezidenti həmçinin NATO liderlərinin lazımı addımlar atacağına əmin olduğunu bildirib. NATO liderləri Türkiyənin müraciətinə əsasən bu gün Suriya və İraqda münaqişələri müzakirə etmək üçün bir araya gəliblər.

Bağlı qapı arxasında keçirilən görüşdən əvvəl çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə Suriya sərhəddində baş verən hücumda ölənlərin ailələrinə baş sağlığı verib.

NATO-nun Brusselsdə yerləşən baş qərargahında jurnalistlərin suallarını cavablandıran cənab Stoltenberq bildirib ki, alyans regionda baş verənləri yaxından izləyir və Türkiyə ilə birgə həmrəylik nümayiş etdirir.

ABŞ Suriyanın şimalının İslam Dövləti qrupunun militantlarından təmizlənməsi üçün Türkiyə ilə birgə plan üzərində işlədiyini bildirib.

XS
SM
MD
LG