Accessibility links

Ərdoğanın çıxışı kürdlərlə razılıq əldə ediləcəyinə dair gözləntiləri kölgə altına alıb


Türkiyədə hökumətin kürd separatistləri ilə müzakirələrinin 30 ildir davam edən qarşıdurmalara son qoyacağı barədə ümidlər var idi. Lakin prezident Rəcəb Tayyib Ərdoğanın kürd probleminin mövcud olmadığını deməsi ilə razılıq əldə ediləcəyinə dair gözləntilər kölgə altına alınıb.

Balıkesir şəhərindəki çıxışı zamanı Ərdoğan kürdlərin bərabər hüquqlara malik olduğunu deyib.

O əlavə edib ki, Türkiyədə kürdlər prezident və baş nazir vəzifələrində çalışıb. 2005-ci ildə Ərdoğan kürd məsələsinin həll edildiyini bildirib.

O zaman ölkə rəsmisi kimi Ərdoğan ilk dəfə kürd münaqişəsinin mövcudluğunu etiraf etmişdi. O, münaqişənin dinc müzakirələr yolu ilə həllinə vəd vermişdi.

Prezidentin son çıxışı müxalifətin kəskin tənqidləri ilə qarşılanıb. O, ölkədə heç bir problemin mövcud olmadığı görüntüsü yaratmaqda günahlandırılıb.

Ərdoğanın məsələ ilə bağlı şərhi qarşıdan gələn parlament seçkilərində onun hakim-Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsinin təmin edilməsinə yönəlib.

Türkiyənin dövlət başçısı əksəriyyət əldə etməklə konstitusiyaya dəyişikliklər gətirmək niyyətindədir. Onun islahatları hakimiyyətinin gücləndirilməsi üçün parlament sisteminin prezident sisteminə keçirilməsini nəzərdə tutur.

Hüquq müdafiəçiləri Türkiyənin avtoritarizmə doğru irəlilədiyini deyir.

Prezidentin çıxışını siyasi manevr kimi qiymətləndirən müxalifət lideri Səlahəddin Demirtaş deyib ki, o, islamçı və millətçi tərəfdarlarına müracət edib. Türkiyənin Xalq Demokrat Partiyasının sədri “əgər kürd problemi yoxdursa, nə üçün sülh prosesi davam etdirilir?”- deyə sual qaldırıb.

Demirtaş iyunun 7-nə təyin edilən parlament seçkiləri yaxınlaşdıqca Ərdoğanın problemdən yayındırıcı çıxışlarının artdığını deyib.

Təhlilçilərin fikrincə, AKP seçkilər zamanı parlamentdə üçdə iki yeri əldə etməsə, digər bir partiyanın dəstəyinə ehtiyacı olacaq. Çox ehtimal ki, sülh müzakirələrində iştirak edən Xalq Demokrat Partiyası islahatların həyata keçirilməsi üçün lazımi səsləri təmin edəcək.

1984-cü ildə baş qaldıran Türkiyə-kürd münaqişəsi 40 mindən artıq insanın ölümünə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG