Accessibility links

Ərdoğan: Türkiyə vətəndaşının məhkəməsi hökumətə qarşı “siyasi çevriliş cəhdi”dir


Türkiyə prezidenti Nyu-Yorkda Türkiyə vətəndaşının sanskiyalara əməl etməməsinə dair məhkəməni onun və hökumətinin “siyasi çevriliş cəhdi” adlandırıb.

Rəcəp Tayyib Ərdoğan həm də Amerikanın Suriyada dəstəklədiyi qüvvələrə qarşı hərbi əməliyyatlar həyata keçirəcəyi ilə hədələyib.

2016-cı ildə Türkiyədə çevrilişə nail ola bilməyənlər indi başqa cəhdlər axtarır


Türkiyənin dövlət başçısı türk bankirin həbsinin FBİ və CİA-in onu yerindən etmək cədi kimi qiymətləndirib.

O, bu ittihamlarla parlamentdə hakim AKP üzvləri qarşısında çıxış edib.

"2016-cı ildə Türkiyədə çevrilişə nail ola bilməyənlər indi başqa cəhdlər axtarır. Məhkəmə məhz bu mahiyyət daşıyır", Ərdoğan deyib.

​Ankara Vaşinqtonu təqribən 150 insanın ölümünə səbəb olan çevriliş cəhdinin arxasında duran Fətullah Güləni müdafiə etməkdə ittiham edib.

Amerika bu ittihamları rədd edir.

Türkiyə Gülənin ekstradisiyasını tələb etsə də, cevrilişdə əli olduğunu inkar edən ruhani hələ də Amerikadadır.

Bu iki NATO müttəfiqi arasında çevriliş cəhdindən sonra pozulan münasibətlər Türkiyənin dövlət Halkbank bankının icraçı direktoru Məhmət Hakan Atillanın məsuliyyətə cəlb edilməsindən sonra daha da ağırlaşıb.

Mehmet Hakan Atilla Nyu-York məhkəməsi tərəfindən ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğuna görə 6 ittihamdan 5-də günahkar tanınıb.

Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını pozaraq neft müqabilində qızıl qaçaqçılığı sxemi ilə bağlı məhkəmədə ulduz şahid qismində ifadə verən Rza Zərrab da bu iş vasitəsilə böyük məbləğdə pul qazandığını etiraf edib.

Zərrab ölkənin o zamankı iqtisadiyyat naziri Zafer Cağlayana onlarla milyon dollar rüşvət ödədiyini də bildirib.

Zərrab oktyabrın 26-da gizli bir şəkildə sanksiyadan yayınma işində iştirak etdiyini etiraf etdikdən öncə o da Atilla ilə birlikdə mühakimə olunacaqdı. Onun etirafı və əlbir olması ilə bağlı əldə olunan razılıq məhkəmə başlayandan sonra ortaya çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG