Accessibility links

Türkiyə prezidenti Poma Papası ilə görüşüb


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu gün Vatikanda Roma Papası Frensislə görüşüb. Görüş zamanı Qüdsün statusu və terrorizmə qarşı mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Ərdoğan son 59 ildə Vatikana səfər edən ilk Türkiyə prezidentidir. Roma Papası onunla 2014-cü ildə İstanbulda görüşmüşdü.

Vatikana yola düşməzdən əvvəl Ərdoğan Roma Papası ilə Suriyadakı humanitar vəziyyət, terrorizm və islamofobiyaya qarşı mübarizə, eləcə də Qüds şəhərinin statusu ilə bağlı məsələlərin müzakirə ediləcəyini deyib. Türkiyənin dövlət başçısı Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanıyan tək ölkə olduğunu bildirib.

Türkiyə prezidenti və Roma Papası ABŞ-ın müttəfiqlərinin çoxunun belə qərarın Yaxın Şərqdə sülh prosüsinə əngəl olacağından narahatlıqlarını ifadə edib.

İtaliya rəsmiləri Türkiyə prezidentinin ölkəyə səfəri zamanı əmin-amanlığın qorunması üçün 3 500 polis qüvvəsi ayırıb və bazar günü gecədən bazar ertəsi axşama qədər, Ərdoğan ölkəsinə dönənədək 24 saat nümayişlərə qadağa qoyub.

Roma Papası ilə görüşdən sonra Ərdoğanın İtaliya prezidenti və baş naziri ilə görüşü planlaşdırılıb.

XS
SM
MD
LG