Accessibility links

Türkiyə prezidenti ABŞ-ın yeni qərarını pisləyib


ABŞ kürdlərin başçılığı ilə Suriya sərhədlərinə 30 min nəfərlik təhlükəsizlik qüvvəsi yerləşdirir

Türkiyə prezidenti ABŞ-ın kürdlərin başçılığı ilə Suriya sərhədlərinə 30 min nəfərlik təhlükəsizlik qüvvəsi yerləşdirilməsi qərarını pisləyib.

Rəcəb Tayyib Ərdoğan bu terror qüvvələrinin doğulmadan öncə məhv edəcəyinə and içib. O, ABŞ qüvvələrini türklərlə Ankaranın üsyançı kimi qiymətləndirdiyi kürdlərin arasına girməməyə çağırıb.

Yeni qüvvələr Vaşinqtonun Suriyanın ərazi bötövlüyünə riayət etməməsinə işarədir

Türkiyə prezidenti yaxın günlərdə Suriyanın şimalındakı kürd anklavına hərbi əməliyyatlar həyata keçiriləcəyini bəyan edib.

Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatların Afrinin terrorçulardan təmizlənməsi mahiyyəti daşıdığını deyib.

Türkiyə Suriya ilə sərhəddə yerləşən Hatay regionuna tanklar və digər hərbi texnikalar yeridib.

Bu barədə Türkiyənin “Anadolu” informasiya agentliyi məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, məqsəd Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizi yaradılmasına imkan verməməkdir.

Suriya Demokratik Qüvvələri
Suriya Demokratik Qüvvələri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bölgədəki terror dəhlizinin artıq kəsildiyini bəyan etmişdi.

Rəcəb Tayyib Ərdoğan bölgədəki kürd birləşmələrini Afrin rayonundan çıxmağa çağırıb.

Ankara Suriyada kürdlərin birləşdiyi “Demokratik ittifaq” partiyası (PYD) və “Xalq özünümüdafiə qüvvələri” birləşməsini terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri bildirib ki, 30 min nəfərlik əsgəri qüvvə bir neçə il ərzində bölgəyə yerləşdiriləcək və onlar Suriyada İŞİD-ə qarşı mübarizə strategiyasının əsas amilidir.

Türkiyə 2016-cı ildə Suriyanın kürd yaraqlılarından müdafiə məqsədi ilə o ölkə ilə sərhəd bölgələrə qüvvə yerləşdirib.

Türk silahlı qüvvələri Hatayda
Türk silahlı qüvvələri Hatayda

Vaşinqtonun kürdlərin SDF qüvvələrinə dəstəyi vəziyyəti olduqca gərginləşdirib.

Rusiya ABŞ-ın müdaxiləsinin Afrinlə bağlı gərginlikləri artıracağı barədə xəbərdarlıqla çıxış edib.

"Yeni qüvvələr Vaşinqtonun Suriyanın ərazi bötövlüyünə riayət etməməsinə işarədir " - deyə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Moskva Əsəd rejimini, Türkiyə isə Suriya müxalifətini dəstəkləyir.

Əsəd hökuməti Amerikanın qərarını "Suriyanın ərazi bütövlüyü, suverenliyi və birliyinə açıq təcavüz" adlandıraraq, bunun beynəlxalq qanunlara zidd olduğunu bildirib.

XS
SM
MD
LG