Accessibility links

Rəcəp Tayyib Ərdoğan ABŞ rəsmilərini tənqid edib


Türkiyə prezidenti ABŞ rəsmilərini Şimali Karolina ştatında öldürülən 3 müsəlman universitet tələbəsinin qətlini qınamağa çağırıb.

Meksika səfəri zamanı Rəcəp Tayyib Ərdoğan prezident Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerrini hadisəyə münasibət bildirmədikləri üçün tənqid edib.

Ərdoğan deyib ki, belə bir hücumun səssiz qarşılanması dünyanın Amerikaya səssiz qalacağı deməkdir.

Türkiyənin dövlət başçısı ölkələrində baş verənlərə görə siyasətçilərin məsuliyyət daşıdığını bildirib.

23 yaşlı Dea Şaddi Bərəkət, onun 21 yaşlı həyat yoldaşı Yusor Əbu-Salha və 19 yaşlı baldızı Rəzan Əbu-Salhanı qətlə yetirən 46 yaşlı Kreq Stefen Hiks adamöldürmə maddəsi ilə ittiham edilib.

XS
SM
MD
LG