Accessibility links

Ərdoğan tərəfdarlarını rəqiblərinə "dərs keçməyə" çağırdı


Türkiyə etiraz nümayişlərinin 10-cu günü aksiyalar davam etdiyi bir vaxt, baş naziri Rəcəb Tayyip Ərdoğan öz tərəfdarlarının dəstək aksiyasına qatılıb.

Tayyip Ərdoğan dünən hökumət əleydarları il tərəfdarları arasından insidentin yaşandığı Adana şəhərində avtobusun üzərindən alovlu çıxış edib.

O, rəhbəri olduğu İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının tərəfdarlarını zorakılıqdan yayınmağa və gələn ilin mart ayında keçiriləcək yerli seçkilərdə rəqiblərinə "dərs keçməyə" çağırıb.

Partiya dünən etirazçıların erkən seçkilər keçirilməsi tələbini rədd edib.

Cənab Ərdoğan nümayişçilər "çapulcu" (talançı) adlandıraraq onları onları tənqid edib.

Bununla yanaşı Taksim meydanında əvvəlki nümayişlərin təşkilatçıları yeni kütləvi aksiyalara çağırıb.
XS
SM
MD
LG