Accessibility links

Ərdoğan: Türkiyə ilə Rusiya qüvvələri Suriyanın şimal-şərqində birgə hərbi patrula başlayır


Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan cümə günündən etibarən Türkiyə ilə Rusiya qüvvələrinin Suriyanın şimal-şərq bölgəsində birgə hərbi patrula başlayacağını bəyan edib.

Bu addım Suriyanın kürd döyüşçülərinin bölgəni tərk etməsinə dair iki ölkə arasında əldə edilən razılığa əsasən atılır.

“Biz cümə günü quruda birgə əməliyyata başlayırıq” - deyə, Türkiyə dövlət başçısı milli televiziya ilə etdiyi çıxışda bildirib.

Ankara 1984-cü ildən bəri YPG-ni Türkiyənin cənub-şərqində üsyançı kürdlərlə əlaqədə olan terrorçu qrup kimi tanıyır.

Moskvanın Ankara ilə son anlaşması NATO müttəfiqi olan Türkiyənin ABŞ-la münasibətlərinin soyuqlaşdığı vaxta təsadüf edib.

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı günü minlərlə kürd döyüşçüsünün bölgəni tərk etməsi əməliyyatının başa çatdığını elan edib.

Ərdoğan da döyüşçülərin tam çıxışı barədə məlumatlandırıldığını qeyd edib.

Türkiyə prezidenti Türkiyənin Suriyadakı kürd döyüşçülərinə qarşı hərbi əməliyyatına son qoyulmasını "tarixi", Rusiya prezidenti Vladimir Putin isə "əhəmiyyətli" adlandırıb.

Ankara razılaşmaya əməl olunmadığı təqdirdə hərbi əməliyyatların yenidən başlanacağı ilə bağlı xəbərdarlıq edib.

Türkiyənin təhlükəsizliyi ilə bağlı problemlərin həlli istiqamətində razılıq Rusiyanın Qara Dəniz sahilindəki Soçi şəhərində imzalanıb.

Müqaviləyə əsasən, Ankara Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) əsas qolu olan Suriyanın kürd YPG döyüşçülərinin Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsinə imkan vermək üçün 150 saatlıq atəşkəsə razılıq verib.

10 bəndlik plana əsasən Türkiyə və Rusiya patrulları Türkiyə sərhədində Suriyanın 10 kilometrlik bufer zonasında keşik çəkəcək.

Kürdlər isə Rusiya və Suriya hökuməti tərəfindən himayə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG