Accessibility links

Ərdoğan: Türkiyə Avropanın ayrılmaz bir hissəsidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Avropa İttifaqı üzvlüyünə rəsmi namizəd olan ölkəsini Avropanın ayrılmaz bir hissəsi kimi gördüyünü, ancaq hücumlara və ikili standartlara təslim olmayacağını deyib.

"Biz özümüzü Avropanın ayrılmaz bir hissəsi kimi görürük. Ancaq bu, ölkəmizə və millətimizə qarşı açıq hücumlara, ədalətsizliyə və ikili standartlara baş əyəcəyimiz demək deyil"- deyə, Ərdoğan bildirib.

Türkiyənin Aralıq dənizinin şərq hissəsindəki qazma fəaliyyətləri Türkiyə ilə Aİ arasında gərginlikləri artırıb.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell bu ay Türkiyənin Kiprlə bağlı ritorikasının da qurum ilə gərginliyi artırdığını və Ankara davranışı ilə blokdan "ayrılığını genişləndirdiyini" anlamalı olduğunu deyib.

Almaniya kansleri Angela Merkel cümə axşamı verdiyi açıqlamada Avropa İttifaqının dekabr ayında keçiriləcək növbəti zirvə görüşündə Türkiyənin Aralıq dənizindəki mübahisəli sularda təbii qaz axtarışına başlamasının müzakirə ediləcəyini bildirib.

Ərdoğan "ölkələr və ya təşkilatlarla siyasət, dialoq və danışıqlar yolu həll edilməyəcək problemimiz olduğuna inanmırıq" deyib.

O əlavə edib ki, Aİ miqrant problemi və Türkiyənin blokun həqiqi üzvlüyü ilə bağlı verdiyi vədlərə əməl etməlidir.

Ərdoğan 2016-cı ildə Ankaranın maddi yardım və Şengen bölgəsindəki vizasız səyahət qarşılığında Avropaya miqrant axınının məhdudlaşdırılmasına dair müqavilədən bəhs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG