Accessibility links

Ərdoğan: Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər


Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyə prezidenti bu gün Rusiyaya səfər edib

Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradıla biləcəyini bildirib.

Bu haqda Türkiyənin TRT Haber telekanalı Ərdoğanın Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransına istnadən məlumat verib.

Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır.

“Türk-Rus Ortaq İnvestisiya Fondu qurulması mövzusunda razılaşdıq. Müdafiə sənaye sahəsində əlaqələrimizi artıracağıq. Regional mövzuların ələ alınması nöqtəsində Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvəsi mexanizminin qurulmasına da müsbət baxırıq. İnşallah bu addımlar sayəsində Ankara-Moskva xəttini yenidən bir güvən və dostluq xətti halına gətirəcəyik" deyə Erdoğan qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edib. Bu, Ankara və Moskva arasında yaranmış böhran və Türkiyədəki hərbi çevriliş cəhdindən sonra Ərdoğanın Rusiyaya ilk səfəridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG