Accessibility links

Ərdoğan xəbərdarlıq edib ki, Türkiyə Şimali Avropa ölkələrinin NATO yolunu hələ də əngəlləyə bilər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı İsveç və Finlandiyaya bildirib ki, Ankara ilə yeni üzvlük sazişini həyata keçirməsələr, o, hələ də onların NATO-ya üzv olmaq cəhdlərini əngəlləyə bilər.

Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi alyansın Skandinaviya ölkələrini 30 ölkədən ibarət bloka qoşulmağa dəvət etdiyi NATO sammitinin sonunda açıq xəbərdarlıq edib.

İsveç və Finlandiya hərbi birliklərə qoşulmama tarixçəsindən imtina edərək Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq NATO-ya qoşulmaq planlarını açıqlayıb.

May ayında Ərdoğan narahatlıqlarını dilə gətirənə qədər onların təklifləri sürətlə təsdiqlənməyə doğru gedirdi.

Türkiyə lideri onları qanunsuz kürd yaraqlılarına sığınacaq verməkdə və “terrorizmi” təbliğ etməkdə ittiham edib.

Ərdoğan həmçinin Türkiyənin 2019-cu ildə Suriyaya hərbi müdaxiləsinə cavab olaraq tətbiq edilən silah embarqolarını ləğv etməyi tələb edib.

Çərşənbə axşamı NATO sammiti çərçivəsində üç tərəfin imzaladığı 10 bəndlik memorandum belə görünür, Ərdoğanın bir çox narahatlığını aradan qaldırmışdı.

Ərdoğan etirazlarını aradan qaldırdı və daha sonra ABŞ prezidenti Co Baydenlə isti görüş keçirdi. Bunun ardınca isə Türkiyəyə yeni döyüş təyyarəsi satışı vədi verildi.

Bununla belə, Ərdoğan sammitin sona çatdığı bir vaxtda keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, memorandum Türkiyənin avtomatik olaraq iki ölkənin üzvlüyünü təsdiq edəcəyi anlamına gəlmir.

Yeni ölkələrin ərizələri bütün üzvlər tərəfindən təsdiq edilməli və onların müvafiq parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Ərdoğan xəbərdarlıq edib ki, İsveç və Finlandiyanın gələcək davranışı onların ərizəsini Türkiyə parlamentinə göndərib-göndərməməsinə qərar verəcək.

"Onlar öz vəzifələrini yerinə yetirsələr, parlamentə göndərəcəyik. Yerinə yetirməsələr, bundan söhbət gedə bilməz" – Ərdoğan bildirib.

Vaşinqtondakı yüksək rütbəli türk diplomat ratifikasiya prosesinin ən tez sentyabrın sonunda baş verə biləcəyini və parlamentin cümə günündən etibarən tətilə çıxması səbəbilə hətta 2023-cü ilə qədər uzana biləcəyini deyib.

NATO sammitinin dəhlizlərində Qərbin diplomatik mənbələrindən biri Ərdoğanı “şantajda” ittiham edib.

Ərdoğan mesajını Türkiyənin Finlandiyadan 12, İsveçdən isə 21 şübhəlinin ekstradisiyasını tələb edəcəyini söylədikdən bir gün sonra verib.

33 nəfər ya qadağan olunmuş kürd yaraqlıları, ya da Türkiyənin 2016-cı ildə baş vermiş uğursuz çevrilişdə günahlandırdığı ABŞ-da yaşayan təbliğçinin rəhbərlik etdiyi qrupun üzvü olmaqda ittiham edilib.

Lakin Ərdoğan cümə axşamı İsveçin Türkiyəyə “73 terrorçunu” təhvil verəcəyinə “söz verdiyini” qeyd etməklə durumu daha da gərginləşdirib.

O, İsveçin bu vədi nə vaxt verdiyini və ya digər təfərrüatları açıqlamayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG