Accessibility links

Ərdoğan Zelenski ilə müdafiə sənayesi üzrə müqavilələr bağlamaq üçün Kyivə səfər edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kyivdə Ukryanalı həmkarı Volodimir Zelenski ilə görüşür. Fevral 2022-ci il.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kyivdə Ukryanalı həmkarı Volodimir Zelenski ilə görüşür. Fevral 2022-ci il.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ukraynaya səfər edib. Səfər zamanı Ədroğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib. Prezidentlər görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirib.

Turkey Strengthens Defense Industry With Its Ukraine Partnership

İki ölkə arasında əlaqələrin gücləndirilməsi Moskva qüvvələrini Ukrayna sərhədində toplamağa davam etdirdiyi üçün tənqidlərlə üzləşdiyi bir vaxta təsadüf edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səkkiz razılıq imzaladıqdan sonra, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müdafiə və aviasiya sənayesi ölkələrin strateji tərəfdaşlığının əsasını təşkil edir.

Ərdoğanın Kyivə səfəri zamanı Ukraynada Türkiyə dronlarının istehsalının artırılması, bu dronların idarəsi üçün təlim mərkəzi və zavodun tikintisi ilə bağlı öhdəlik götürülüb.

Moskva bundan əvvəl Ankaranın oktyabrda Donbas bölgəsində Rusiyanın dəstəklədiyi üsyançılara qarşı istifadə edilən dronların Ukraynaya satmasını sərt şəkildə tənqid etmişdi. Ancaq Avropa Şurasının baş elmiş işçisi Aslı Aydıntaşbaş deyir ki, Türkiyə Ukrayna ilə əlaqələrinin gücləndirilməsindən faydalanır.

"Türkiyə Ukraynaya dron satır, düzdür. Bunu bəzən [Rusiya Prezidenti] Vladimir Putini qəzəbləndirmək riskinə rəğmən edir. Amma Türkiyə eyni zamanda Ukraynanın müdafiə sənayesindən əhəmiyyətli məlumatlar əldə edir, xüsusilə də mühərriklərin istehsalı ilə bağlı. Bu, Türkiyənin çox iddialı müdafiə sənayesində çatışmayan bir şeydir, Ukrayna isə Sovet dövründə mühüm istehsal bazası idi," Aydıntaşnbaş deyib.

Kiyevdəki Demokratik Təşəbbüslər Fondunun baş elmi işçisi Petro Burkovski bildirir ki, Ukrayna pilotsuz təyyarələrdən tutmuş reaktiv mühərriklərə, raketlərə qədər müxtəlif cür hərbi mühərrik istehsalında dünya lideridir. Bu isə Ukrayanaya Sovet dövründən miras qalıb. Burkovski bildirir ki, indi bu təcrübəyə çıxış beynəlxalq güc uğrunda mübarizənin mərkəzinə çevrilib.

Türkiyə həmçinin öz döyüş təyyarələri və reaktiv mühərrikli dronlarını istehsal etmək üçün mühərrik istehsalı sahəsində təcrübə qazanmaq istəyir. Bu yaxınlarda ABŞ-ın Amerika mühərriklərinin istifadəsinə qoyduğu qadağa səbəbindən Türkiyənin Pakistanla hərbi helikopterlə bağlı razılığı pozulub. Müdafiə üzrə analitik Arda Mövludoğlu deyir ki, Ankara indi Ukraynanı ənənəvi qərbli hərbi təchizatçılarına əsas alternativ kimi görür.

Türkiyənin Ukraynanın müdafiə sənayesi ilə dərinləşən əməkdaşlığı Rusiya tərəfindən tənqidlərlə qarşılanmağa davam edir. Hələlik Türkiyə Ukraynanın təcrübəsindən faydalanamaq üçün Rusiya riskini gözə almaqdadır.

XS
SM
MD
LG