Accessibility links

Muharrəm İncə Ərdoğanın evinin qarşısında mitinq keçirib [Video]


Muharrəm İncə Ərdoğanın evinin qarşısında mitinq keçirib
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Türkiyə prezidentliyinə namizəd Muharrəm İncə hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın evinin qarşısında mitinq təşkil edib.

Ərdoğan öz şəxsi yaşayış evi üçün İstanbulun tarix boyu dini-mühafizəkar ərazisi sayılan Üsküdar bölgəsini seçib.

Özünü dini hüquqları müdafiəçisi olaraq təsvir edən Ərdoğan üçün Üsküdar ənənəvi istehkama çevrilmişdi.

İncənin Üsküdar səfəri isə onun tərəfdarları verdiyi ciddi bir mesajdır.

Sekulyar Mustafa Kamal Atatürk tərəfindən yaradılan və İncənin təmsil etdiyi CHP partiyasına dindar seçicilər tərəfindən dərin şüphə ilə yanaşılıb. CHP uzun müddət universitet və məhkəmələrdə hicabı qadağan edərək dinə nəzarət edib. Bu qadağa Ərdoğan tərəfindən ləğv edilmişdi.

Lakin, Muharrəm incənin mesajı hamı üçün ədalət və azadlıq olduğu üçün insanların CHP partiyasına münasibəti dəyişib.

İncənin dindar ailədən gəlməsi onun bu mesajını daha da güclü edir. Təqaüdə çıxmış fizika müəllimi özü də tez-tez ibadət edir.

İncənin seçki kampaniyası partiyasının əvvəlki qəzəbli polemikalarından qaçınmaqla xarakterizə olunur. Bunun əvəzinə o, Ərdoğana hücum etmək üçün ağıllı üsullardan istifadə edir.

Ancaq hələ də Üsküdarda güclü dini dəstəyini saxlayan Ərdoğan seçicilərinə xəbərdarlıq edib ki, əgər o məğlub olarsa insanların qazandığı dini hüquqlar təhlükə altına girəcək.

Ərdoğanın əldə etdiyi müvəffəqiyyətlərdən biri də böyük bir mühafizəkar orta sinifin ortaya çıxması olub.

İncə öz mesajları ilə mühafizəkar seçicilərin inamını qazanmağa çalışır. Bu seçici qrupunun dəstəyi son 16 il ərzində ərdoğanın uğurunun əsas zəmini olub.

XS
SM
MD
LG