Accessibility links

Ərdoğanın partiyası böyük şəhərlərdə məğlub olub


Turkey Election
Turkey Election

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində böyük məğlubiyytələrə uğrayıb. Belə ki, onun hakim Ədalət və İnkişaf Partiyası (Adalet və Kalkınma Partisi-AKP) 2001-ci ildə təsis olunandan bəri ilk dəfə olaraq paytaxt Ankarada nəzarəti itirib.

Həm AKP, həm də müxalif CHP (Cumhuriyyet Halk Partisi) Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi olan İstanbulda qələbə elan edib. AKP İstanbulda bir çox seçki pozuntularına dair dəlillərinin olduğunu bildirib.

16 ildir hakimiyyətdə olan Ərdoğan bazar günü keçirilən seçkidən öncə iki ay intensiv kampaniya aparıb və seçkiləri Türkiyə üçün “sağ qalmaq” məsələsi adlandırıb.

Mansur Yavaş, CHP-nin Ankara meri vəzifəsinə namizədi
Mansur Yavaş, CHP-nin Ankara meri vəzifəsinə namizədi

Lakin prezidentin hər gün mitinqlər keçirməsi və bu mitinqlərin media tərəfindən geniş işıqlandırması ölkənin iki əsas şəhərindəki seçicilərin səslərini qazanmasına gətirib çıxarmadı. Səsverməyə ən çox təsir göstərən əsas məsələ ölkə iqtisadiyyatındakı tənəzzül olub.

Türkiyə mediası bildirib ki, Cumhuriyyət Xalq Partiyasının namizədi Mansur Yavaş Ankarada açıq-aydın qələbə çalıb.

"İnsanlar demokratiyaya səs verdi, onlar demokratiyanı seçdi” – deyə, müxalifət lideri Kamal Kılıçdaroğlu bildirib və dünyəvi CHP pasrtiyasının Ankara və İstanbulun nəzarətini AKP-dən aldığını açıqlayıb. Partiya Egey dənizinin sahilində yerləşən İzmir şəhərinə nəzarəti də qoruyub saxlaya bilib.

Ölkənin seçki komissiyasının və CHP-nin məlumatlarına görə, CHP-nin İstanbulda merliyə namizədi 25 mindən çox səslə AKP-li rəqibindən irəlidədir.

Lakin AKP-nin İstanbul idarəsinin sədri Bayram Şenocak seçki pozuntularının səsvermə nəticələrinə təsir göstərdiyini deyib və İstanbulda AKP-nin qalib gəldiyində təkid edib.

Ekrem İmamoğlu, CHP-nin İstanbul merliyinə namizədi
Ekrem İmamoğlu, CHP-nin İstanbul merliyinə namizədi

Ankarada da Türkiyənin yayım şirkətləri CHP-nin qalib gəldiyini bildirsə də, AKP şəhər boyu bəzi bələdiyyələrdəki nəticələrə etiraz edəcəklərini və nəticənin onların xeyrinə dəyişəcəyini gözlədiklərini bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Ərdoğanın MHP də daxil olmaqla hakim ittifaqı ölkə boyu səslərin 51.7 faizini qazanıb. Seçki fəallığı çox yüksək olub və seçicilərin 84.52 faizi səsvermədə iştirak edib.

Ərdoğanın İstanbulda təsis etdiyi partiyasının Ankarada məğlub olması prezident üçün böyük zərbədir. Lakin onun siyasi karyerasına başladığı və 1990-cı illərdə meri vəzifəsində çalışdığı paytaxtdan üç dəfə böyük İstanbulda məğlub olması Ərdoğan üçün daha böyük zərbədir.

Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güvən müxbirlərə bildirib ki, CHP-nin İstanbuldakı namizədi Ekrem İmamoğlu 4,159,650, AKP-nin namizədi sabiq baş nazir Binali Yıldırım isə 4,131,761 səs toplayıb.

Güvən deyib ki, səsvermə nəticələrinə üç gün ərzində etiraz etmək mümkündür. O əlavə edib ki, İstanbulda 31,186 seçki qutusundan 84-nün nəticələri bəzi problemlər səbəbilə hələ ki, sistemə daxil edilməyib.

Seçkidən bir həftə öncə tez-tez dəyişən türk lirəsi cümə günün sonuna dollara qarşı 2.5 faiz dəyər itirib.

Bazar günü gecə tərəfdarları qarşısında çıxış edən Ərdoğan demək olar AKP-nin İstanbulda məğlubiyyətini qəbul edib, lakin şəhərdəki bir çox vilayətin hələ də onun partiyasının nəzarətində olduğunu söyləyib.

“Xalqımız merliyi əlimizdən versə də, vilayətlərə nəzarəti AK partiyasına verdi”, o deyib.

O həmçinin əlavə edib ki, partiya lazım olan yerlərdə nəticələrə etiraz edəcək.

XS
SM
MD
LG