Accessibility links

Polis tərəfindən öldürülən qaradərilinin ailəsinə 5,9 milyon dollar veriləcək


Nyu-York şəhər rəsmiləri ötən il hüquq-mühafizə orqanlarının afro-amerikalılara qarşı təhqiramiz rəftarı ilə əlaqədar keçirilən nümayişlər zamanı ağdərili polis tərəfindən öldürülən qaradərili Erik Qarnerin ailəsinə 5.9 milyon dollar ödəniləcəyini bildirib.

Qərarın qəbul edilməsi Qarnerin 43 yaşının qeyd ediləcəyi gündən bir neçə gün əvvələ təsadüf edir. O, vergi ödəmədən siqaret satmaqda şübhəli bilindiyinə görə polis onu həbs etməyə cəhd göstərərkən ölmüşdü.

Polis iççiləri onu yerə yıxdıqdan sonra polis zabiti Daniel Pantaleo Qarneri arxadan boğmağa başlayıb. Nyu-York polis departamenti bu fəndin işlədilməsini qadağan edir. Mobil telefon vasitəsilə çəkilən video görüntüdə Qarnerin huşunu itirməzdən əvvəl 11 dəfə “mən nəfəs ala bilmirəm” sözlərini dediyi eşidilir.

Onun ölümü şəhər tibbi expertiza tərəfindən qətl kimi qiymətləndirilib. Lakin münsiflər məhkəməsi Daniel Pantaleoya qarşı ittihamlar irəli sürülməsininin əleyhinə səs verib. Qarnerin ölümü ilə bağlı federal araşdırmalar davam edir.

Qarnerin ailəsi məhkəməyə müraciət etməzdən əvvəl dəyən ziyana görə oktyabr ayında Nyu-York şəhərindən 75 milyon dollar istəyib.

Şəhərin meri Bill De Blasio müxbirlərə bazar ertəsi gecə əldə edilmiş razılığın Qarnerin ailəsinə sülh və sakitlik gətirəcəyinə ümüd etdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG