Accessibility links

Erik Rubin: Demokratiya və insan hüquqları hər zaman ikitərəfli dialoqun tərkib hissəsidir [Video]


Erik Rubin: Demokratiya və insan hüquqları hər zaman ikitərəfli dialoqun tərkib hissəsidir
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Erik Rubin: Demokratiya və insan hüquqları hər zaman ikitərəfli dialoqun tərkib hissəsidir

ABŞ dövlət katibinin köməkçisinin Avrasiya məsələləri üzrə müavini Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

ABŞ dövlət katibinin köməkçisinin Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycan rəsmiləri ilə aparılmış danışıqlardan məmnundur. O, görüşlərin yüksək səviyyədə keçirildiyini bildirib.

O, müdafiə naziri Zakir Həsənov, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyev, habelə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla görüşüb.

Dekabrın 5-də axşam bu görüşlərin yekunlarına həsr olunmuş mətbuat konfransında o, gələcək 2014-cü ilin ikitərəfli münasibətlərdə “irəliləyişlər ili” olacağına ümid etdiyini bildirib.

Vaşinqtonun Azərbaycanda prezident seçkilərini kəskin tənqidi fonunda demokratiya və insan haqları məsələləri ilə bağlı Amerikanın Səsinin sualının cavabında Rubin bildirib ki, demokratiya və insan hüquqları iki ölkə arasında münasibətlərin mövcud olduğu 20 ildə hər zaman ikitərəfli dialoqun tərkib hissəsidir. Bundan sonra da belə olacaq, deyə o qeyd edib.

“ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. Bütün bunların əsasında iqtisadi irəliləyiş, vətəndaş cəmiyyəti, müdafiə qabiliyyəti və açıq dövlət durur”, deyə o bildirib.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə toxunan diplomat uzunmüddətli fasilədən sonra yüksək səviyyədə danışıqların bərpasını alqışlayıb və sülh prosesini fəallaşdırdığına ümid etdiyini bildirib.

Rubin həmçinin Azərbaycanın Əfqanıstandakı əməliyyatlara, bu ölkəyə yük daşınmasına töhfəsini alqışlayıb. O, Əfqanıstandan qoşunların çıxarılmasından sonra da Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərəcəyinə ümidini bildirib.

ABŞ-dan Azərbaycana silah tədarükü ilə bağlı embarqonun aradan qaldırılması imkanları haqqında suala cavabda Rubin bildirib ki, yeni müdafiə naziri ilə görüşüb və Vaşinqton səbirsizliklə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini gözləyir.

Lakin silah tədarükü onun səlahiyyətlərinə aid deyil, deyə Rubin bildirib.
XS
SM
MD
LG