Accessibility links

Charlie Hebdo, Rafiq Tağı, Salman Rüşdi və İran-Azərbaycan arasında məzhəbi əlaqə [Audio-Müsahibə]


Erkin Qədirli
Erkin Qədirli

Erkin Qədirli İran və Azərbaycanın təbii müttəfiqlər olduğuna dair fikrinə aydınlıq gətirir

Fransada satirik Charlie Hebdo məcmuəsinə qanlı hücumdan sonra bu hadisə ilə bərabər dinçi cərəyanların tənqidə qarşı dözümsüzlüyü və İslam dünyasında mövcud olan terrorçu qruplar ilə bağlı müzakirələr də yenidən canlanıb. Bu barədə düşüncələrini sosial mediada paylaşan REAL Hərəkatının İdarə Heyəti üzvü Erkin Qədirli həmçinin Ərəbistan bölgəsindən Azərbaycana gələ biləcək təhlükələrə işarə edərək bu kontekstdə İranın Azərbaycan üçün təbii müttəfiq olduğunu ifadə edib.

Erkin Qədirli: İran və Turan mədəniyyətini içində yaşadan yeganə xalq Azərbaycan xalqıdır
please wait

No media source currently available

0:00 0:19:47 0:00

Erkin Qədirli Amerikanın Səsi ilə söhbətdə bu fikirlərini ətraflı şəkildə açıqlamaqla yanaşı ortaya qoyduğu mövzu əsnasında güney məsələsini necə dəyərləndirdiyi, eləcə də İslamla bağlı tənqidi fikirlər sərgiləyən yazarlar o cümlədən Rafiq Tağı və Salman Rüşdiyə qarşı iranlı müctəhid və dini liderlər tərəfindən çıxarılan ölüm fitvalarına dair sualları cavablandırıb.

Şiəlik tarixən təqib olunub və İslam dünyasında azlıq olub. Bu Azərbaycanda və yaxud bu coğrafiyada şiə təriqətinə bağlı olan insanlarda, çox maraqlı bir zaman duyumu oluşdurub, təqib olunduqlarına görə daha dözümlü və daha təmkinlidirlər, azlıq olduqlarına görə, digər azlıqlara daha çox sayğı ilə yanaşırlar...
Erkin Qədirli

“Azərbaycanın tarixi ətaləti (historical inertia) şiəliklə bağlıdır,” deyə söyləyən hüquqçu bəhs etdiyi mövzunun “Güney və Quzey Azərbaycan məsələsi”ni də əhatə etdiyini lakin ondan daha geniş olduğunu qeyd edir.

“Doğrusu mən bunları məhz Parisdəki o terrora olan cavabların kontekstində yazdım... Sosial şəbəkələrdə kimisi Fransanı ya Qərbin özünü qınamağa başladı, kimisi [terrora] bəraət qazandırmağa çalışdı. Çox qarışıq duyğular oldu. Mən o kontekstdə bunu yazdım. Bu güney və quzey Azərbaycan mövzusundan bir qədər xaric və daha geniş bir mövzudur, amma, təbii ki o mövzu da bunun içində var,” deyə Erkin Qədirli bildirir.

O, Azərbaycandan bəzi gənclərin İŞİD kimi terror qruplarına qatılmasını 1990-lardan bəri Azərbaycana girməyə başlayan və bu bölgələrdə tarixi sınaqdan keçməyən dini təlimlərin nəticəsində baş verdiyini önə çəkir.

Belə təlimlərin Azərbaycanda yaşayanların zaman duyumuna uyğun gəlmədiyini ifadə edən Qədirli şiə təriqətinə bağlı olan insanların daha dözümlü və daha təmkinli olduqlarını irəli sürür:

“Şiəlik tarixən təqib olunub və İslam dünyasında azlıq olub. Bu Azərbaycanda və yaxud bu coğrafiyada şiə təriqətinə bağlı olan insanlarda, çox maraqlı bir zaman duyumu oluşdurub, təqib olunduqlarına görə daha dözümlü və daha təmkinlidirlər, azlıq olduqlarına görə, digər azlıqlara daha çox sayğı ilə yanaşırlar... Şiə ətalətində yaşayan insanlar məsələn dünyada xilafət qurmaq, nə bilim, yer üzündə cənnət təşkil etmək ya s. iddialarda bulunmurlar. Həm dünyəvi həyatlarını yaşayır, həm də inanclarına uyğun özlərini o biri dünyaya hazırlaşdırırlar, kimsə ilə işləri yoxdur, heç kimsəni də İslama çağırmırlar.”

Bu coğrafiyada İran və Turan mədəniyyətini içində yaşadan yeganə xalq Azərbaycan xalqıdır.
Erkin Qədirli

Real hərəkatının üzvü İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni və digər böyük şiə müctəhidi Məhəmməd Fazil Lənkəraninin müvafiq olaraq Salman Rüşdi və Rafiq Tağıya qarşı çıxardıqları ölüm fitvaları, həmçinin İranda şəriət qanunlarına əsasən tətbiq edilən edam və qisas hökmləri, yaxud qadınlara qarşı basqı və zorakılıq kimi məsələlər haqqında düşüncələrini Amerikanın Səsi ilə paylaşır.

O, İrandakı problemin dinin özündən deyil, siyasi proseslərdən qaynaqlandığını irəli sürür:

İran İslam Respublikasının banisi Ayətulla Xomeyni Britaniya yazarı Salman Rüşdiyə müəllifi olduğu "Şeytan Ayələri" kitabına görə ölüm fitvası verən ilk müasir dini və siyasi lider olub.
İran İslam Respublikasının banisi Ayətulla Xomeyni Britaniya yazarı Salman Rüşdiyə müəllifi olduğu "Şeytan Ayələri" kitabına görə ölüm fitvası verən ilk müasir dini və siyasi lider olub.

“İranda problem ondadır ki, din hakimiyyətə gəlib, dövlətlə birləşib və oradan asılı olaraq, yəni dinin özündən deyil də siyasi proseslərdən doğan problemlər yaradır. Azərbaycanın bu tarixi gerçəkliyi yoxdur. Azərbaycan o baxımdan çox rahatdır.”

Respublikaçı Alternativ (ReAL) Hərəkatının üzvü hakimiyyətdə olmayan iranlı müctəhidlərin çıxardığı və ya İran İslam Respublikasından öncə çıxarılan ölüm fitvalarını isə milli təhlükəsizlik məsələsi deyil “fərdi qaydada təqib” və “insan haqları pozuntusu” kimi gördüyünü vurğulayır.

“Bu coğrafiyada İran və Turan mədəniyyətini içində yaşadan yeganə xalq Azərbaycan xalqıdır,” deyə Erkin Qədirli dövlətlər deyil mədəniyyətləri nəzərdə tutaraq İranı Azərbaycanın təbii müttəfiqi olaraq dəyərləndirdiyini söyləyir.

XS
SM
MD
LG