Accessibility links

Ermənistan Çexiyadan Serj Sarkisyanın qardaşı oğlunun ekstradisiyasını tələb edir


Ermənistanın baş prokuroru sabiq prezident Serj Sarkisyanin qardaşı oğlu Narek Sarkisyanın Çexiyadan ekstradisiyasını tələb edib. 4 yanvar mətbuat konfransı zamanı Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan tələbnamənin və bunun üçün lazım olan bütün sənədlərin Çexiya hüquq mühavizə orqanlarına göndərildiyini İnterfaksa bildirib.

Daha öncə AzadlıqRadiosunun erməni xidmətinin bildirdiyinə görə, Narek Sarkisyan 6 dekabr Praqada saxlanılmışdır. Sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Ermənistanda qanunsuz silahların, hərbi sürsatların və narkotik saxlaması və dövriyyəsi, eyni zamanda bir neçə digər cinayətlər üzrə beynəlxalq axtarışa verilib.

Ermənistan polisi mətbuat konfransında saxlanılan zaman onun Qvatemala vətəndaşı Franklin Qonsalesə məxsus saxta passport təqdim etdiyini bildirib.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan

Sarkisyan və onun cangüdəni 5 iyul 2018ci ildə axtarışa verilmişdir. O zaman Ermənistan Milli Təhlükəsizlik Xidməti 2013-cü ildə Narek Sarkisyanın rəssam Martiross Saryanın varislərini aldatması məlumatını araşdırırdı. İstintaq nəticəsində məlum olub ki, sabiq prezidentin qardaşı oğlu varislərin birindən 280 min dollar dəyərində olan 14 rəsm əsərini alaraq əvəzində 28 min dollar ödəyəcəyini və yerdə qalan pulla varislərlə bərabər kazino açaraq onun fəaliyyətinə nəzarət edəcəyini bildirsə də, rəsm əsərlərini əldə etdikdən sonra o, verdiyi vədə əməl etməyib və eskizləri geri qaytarmaqdan imtina edib.

4 iyul orderi əsasında Sarkisyanın evində aparılan axtarış zamanı Martiros Saryana məxsus şəkillər aşkar edilib. Onlarla yanaşı axtarış zamanı 115 min dollar, 27 min avro, bahalı saatlar, çoxlu sayda qızıl pullar və qiymətli daş-qaşlar götürülüb. Eyni zamanda polis evdə iki çamodan silah və narkotik vasitə tapdıqdan sonra silah və narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinayət işi başladıb.

Bundan başqa Narek Sarkisyana qarşı adam oğurluğu və döyülməsi üzrə Ermənistanda daha bir cinayət işi açılıb.

Serj Sarkisyan Ermənsitanda iki dəfə seçilməklə 10 ildən artıq prezident olub. Ermənistan konstitusiyasına əsasən prezident yalnız iki dəfə bu posta seçilə bilər. Bu səbəbdən hakimiyyəti əldə saxlamaq məqsədi ilə Sarkisyan və onun rəhbərlik etdiyi Respublıika Partiyası 2015-ci ildə konstitusiya islahatı keçirib. İslahata əsasən prezident bütün səlahiyyətlərini Milli Məclisin təyin etdiyi baş nazirə təhvil verir. Prezident postu islahatlardan sonra dekorativ xarakter daşıyacaqdı.

İslahatlara maraqlı olan Serj Sarksyan prezidentlik müddətinin bitməsindən sonra Baş Nazir postuna namizədliyini irəli sürməyəcəyini bildirsədə, vədinə əməl etməyərək 2018 -ci ilin aprelində Baş Nazir postuna təyin olunması, ölkədə məxməri inqlabla nəticələnən kütləvi etirazlara səbəb olub. Kütləvi etirazlardan sonra Serj Sarkisyan səhv etdiyini bildirərək istefa verməyə məcbur oldu. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Serj Sarksyanın bir çox qohumlarına və silahdaşlarına qarşı cinayət işləri açılıb.

Bu gün istintaqa cəlb olunan eks-prezidentin yaxın qohumları ..

  • prezidentin qardaşı Aleksandr Sarkisyanın ikinci oğlu Ayk Sarksyan. O adam oğurluğu və öldürülməsində günahlandırılır.
  • Serj Sarkisyanın ikinci qardaşı Levon Sarkisyan. O vergiləri ödəməkdən boyun qaçırtmaqda və qanunsuz varlanmağda təqsirli bilinir. Hal-hazırda axtarışdadır. Narek onun oğludur.
  • Levonun qızı Ani də atası kimi eyni ittihamlarla təqsirli bilinib və hal-hazırda ev həbsindədir.

https://www.currenttime.tv/a/sargsyan-armenia-czech-passport-extradition/29691398.html

XS
SM
MD
LG