Accessibility links

Ermənistan Azərbaycanın bir hərbiçisini, Azərbaycan isə Ermənistanın iki hərbiçisini qaytarıb


Cəmil Babayev və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov
Cəmil Babayev və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov

Ağdərədə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı hərbçi Cəmil Babayev geri qaytarılıb.

Bu barədə Azərbaycanın Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakıya qaytarılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdib və haqqında cinayət işi başlanılıb.

Ermənistan mediasının məlumatına görə, Azərbaycan hərbçisi Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb.

Eyni zamanda, Azərbaycandan iki erməni əsirin isə Ermənistana təhvil verildiyi haqda məlumat verilib. Onlara qarşı Azərbaycanda heç bir cinayət işinin açılmadığı, onların azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilmişdi.

Qaytarılan əsirlərdən birinin - Artur Torozyanın ailəsindən AzadlıqRadiosunun Erməni xidmətinə xəbəri təsdiqləyiblər.

Azatutyun yazır ki, sürücü Artur Torozyan və hərbi qulluqçu Artur Nalbandyan iyul ayında, Sünikdə, Qaragöl ətrafında yoxa çıxmışdılar. Rəsmi orqanlar indiyədək onların yeri və vəziyyəti barədə heç bir məlumat vermirdi.

Ermənistan Müdafiə Nazirliyi iyulun 14-də xəbər vermişdi ki, Ermənistan silahlı qüvvələrinin N hərbi hissəsində hərbçi Artur Nalbandyan və ona təhkim edilmiş avtomobilin sürücüsü Aramais Torozyanla rabitə itib.

Bunun ardınca keçirilən axtarış tədbirləri nəticə verməmişdi.

O vaxt nazirlik habelə itənlərin silahsız olduqlarını bildirmişdi.

XS
SM
MD
LG