Accessibility links

Ermənistanda yeni müdafiə naziri təyin edilib


Ermənistan prezidenti cümə günü yeni bir müdafiə naziri təyin edib.
Altı həftə davam edən döyüşlərdən sonra Dağlıq Qarabağda hərbi münaqişəni dayandırmaq üçün imzalanmış razılaşma hökümətin sərt tənqidinə yol açıb.

Ermənistan prezidenti Armen Sarkisyanın saytında dərc olunan fərmana əsasən 2018-ci ilin mayından bəri ölkənin müdafiə naziri vəzifəsini daşıyan Davit Tonoyanın vəzifədən kənarlaşdırıldığı qeyd olunur. Digər fərmanla isə 1999-2000-ci illərdə bu vəzifədə çalışan Vağarşak Harutyunyanı yenidən müdafiə naziri təyin edilib.

Dağlıq Qarabağda son döyüşlərdə ağır itkilərlə müharibəni dayandıran razılaşmanın imzalanmasından sonra minlərlə insan küçələrə çıxaraq Baş Nazir Nikol Paşinyanın istefasını tələb edir.

Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən razılaşmaya əsasən, erməni qüvvələr on illərdir nəzarət etdikləri, lakin beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi kimi tanınan ərazilərin çox hissəsini təhvil verməlidirlər.

Son döyüşlərdə Azərbaycan qüvvələri 1990-cı illərdə müharibədə itirilmiş ərazilərin böyük hissələrini geri ala bilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirirb ki, qüvvələr Ağdam rayonuna - Dağlıq Qarabağdan kənarda, Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasına əsasən boşaltmalı olduqları əraziyə daxil olub.

Bu arada istefa çağırışlarını rədd edən Paşinyan çərşənbə günü Ermənistanın sabitliyini təmin etmək üçün hazırlandığını söylədiyi altı aylıq fəaliyyət planını açıqlayıb.

XS
SM
MD
LG