Accessibility links

Ermənistan İsraildəki səfirini geri çağırdı


Ermənistan cümə axşamı İsrailin Azərbaycana silah satması ilə əlaqədar olaraq öz səfirini Israildən geri çağırdığını bəyan edib.

Azərbaycan hərbi əməliyyatlarda İsrail istehsallı silahlardan istifadə etməsini inkar etmir.

İsrailin silah ixracına etiraz edən Ermənistan xarici işlər nazirlyinin sözçüsü Anna Nağdalyan deyib:

“İsrailin iş stili qəbuledilməzdir. Nazirlik İsraildəki səfirini geri çağırmalıdır.”

İsrailin Xarii İşlər Nazirliyi Reuters xəbər agentliyinin şərh sorğusunu dərhal cavblandırmayıb.

İsrail Müdafiə Nazirlyinin sözçüsü Azərbaycana silah satışı ilə bağlı şərh verməkdən imtina edib.

Stokholm Beynəlxalq Slüh Araşdırmaları İnstitutunun məlumatına görə 2006-2009-cu illər arasında İsrail Azərbaycana $825 milyon dollar həcmində silah satıb.

Şərhlərə bax

XS
SM
MD
LG