Accessibility links

Ermənistan müxalifəti Baş nazirin istefası tələbi ilə Yerevanda yürüş keçirir


Yerevanda minlərlə müxalifət tərəfdarı baş nazirin istefası tələbi ilə paytaxtda yürüş keçirib. Baş Nazir Nikol Paşinyan bundan bir gün əvvəl yüksək rütbəli zabitlər tərəfindən ona qaşrı "çevriliş cəhdi" olduğunu iddia edib.

Ermənistan bayraqlarını dalğalandıran və hökumət əleyhinə şüarlar səsləndirən kütlə 26 fevral tarixində Paşinyana onun ötən il Azərbaycanla Dağlıq Qarabağ üzərində baş verən müharibəni idarə etməsinə görə qəzəbini bildirmək üçün paytaxt küçələrinə axışıb. Ölkədə bir çoxları Paşinyanın müharibədəki rolunu milli təhqir kimi qiymətləndirir.

Bundan bir gün əvvəl baş nazir ordunun yüksək rütbəli zabitlərinin onun istefasına dair çağırışını rədd edərək hərbi qüvvələri dövlət çevrilişinə cəhddə günahlandırıb, öz tərəfdarlarını dəstək üçün Yerevana toplaşmağa çağırmışdı.

Fevralın 26-da müxalifət tərəfindən. Paşinyanı əvəzləmək üçün namizəd göstərilən keçmiş Baş Nazir Vazqen Manukiyan bütün erməniləri müxalifətin etiraz aksiyasına qoşulmağa çağırıb.

"İnsanlar küçələrə çıxmalı və iradələrini ifadə etməlidirlər ki, qan tökülməsinin və qarışıqlığın qarşısını ala bilək" deyə Manukiyan Yerevanın mərkəzində mitinq iştirakçılarına deyib.

Müxalif etirazçıların bir çoxu parlament binası qarşısında çadır quraraq orada gecələyib. Manukiyan Paşinyan və onun parlamentə nəzarət edən tərəftarlarını nəzərdə tutaraq deyib ki, "Ya bunlardan qurtulacağıq, ya da Ermənistanı itirəcəyik".

Keçən il Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üzərində baş verən altı həftəlik hərbi toqquşmalardan sonra Ermənistanda Paşinyana qarşı etrazlar baş qaldırıb. Müxalifət onun istefasını tələb edir.

Fevralın 25-də Yerevanın mərkəzində təxminən 20,000 tərəfdarına müraciət edən baş nazir bildirib ki, Ermənistan xalqı silahlı qüvvələrin müaxlifətin istefa tələbinə qoşulmasına və müdaxilə etməsinə imkan verməyəcək.

Lakin Manukiyan parlament erkən seçki təyin etmək və Paşinyanı istefaya getməyə çağırmaq üçün fövqəladə toplantı keçirməyənədək etirazalara davam edəcəyini bildirib.

XS
SM
MD
LG