Accessibility links

Paşinyan və ailə üzvləri koronavirusa yoluxub


Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi onun özü və ailə üzvlərinin COVID-19 xəstəliyinə səbəb olan koronavirus testinin nəticələrinin müsbət olduğunu bildirib.

Facebook səhifəsində yayımlanan video müraciətində Paşinyan onda virusun heç bir simptomu olmadığını, lakin ölkədəki hərbi obyektlərə planlaşdırılan ziyarətindən əvvəl ehtiyat tədbiri olaraq testdən keçməli olduğunu deyib.

Paşinyan işinə evdən davam edəcəyini bildirib.

Cons Hopkins Universitetinin bazar ertəsinə olan məlumatına görə, təqribən üç milyon əhalisi olan Ermənistanda virusa 9,500 təsdiqlənmiş yoluxma, 139 ölüm halı qeydə alınıb.

Ermənistan hökuməti ölkədə martın ortalarında fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG