Accessibility links

Ermənistanın baş naziri iki yüksək rütbəli zabiti vəzifəsindən kənarlaşdırıb


Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrdə çox sayda ölüm hadisəsi ilə bağlı tənqidlərdən sonra iki yüksək rütbəli zabiti vəzifəsindən kənarlaşdırıb.

Hərbi polis rəisi Artur Baqdasaryan və ordunun kadrlar şöbəsinin müdiri Aleksan Aleksanyanın vəzifələrindən azad edilməsi barədə sərəncam çərşənbə günü açıqlanıb.

İki il əvvəl korrupsiyaya və qohumbazlığa qarşı etirazlardan sonra dinc inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan bazar ertəsi hüquq-mühafizə orqanlarının rəhbərləri ilə ordudakı vəziyyəti müzakirə edib.

Rəsmi statistikaya görə, ilin əvvəlindən bəri Ermənistan qüvvələrinin yerləşdirildiyi Dağlıq Qarabağ bölgəsində baş verən atışmalarda deyil, sağlamlıq problemləri və ya intihar olmaqla müxtəlif səbəblərdən 13 hərbçi ölüb.

"Joqovurd" qəzeti və digər yerli mətbuat orqanlarının xəbərlərində işdən çıxarılmaların 2017-ci ildə keçmiş prezident tərəfindən təyin olunan Baqdasaryanın 2018-ci il inqilabı zamanı dinc etirazçılara qarşı güc tətbiq etmək niyyətində olması barədə fərziyyələrlə əlaqəli ola bildiyi deyilir.

XS
SM
MD
LG