Accessibility links

Ermənistan parlamentində dava


Ermənistan parlamentində hökümətin koronavirusa qarşı mübarizə məqsədi ilə iqtisadi müzakirələr aparıldığı zaman dava düşüb.

Mayın 8-də baş tutan debat zamanı Parlaq Ermənistan müxalifət fraksiyasının lideri Edmon Marukian Baş nazir Nikol Paşinyana sadiq olan "Mənim addımım" fraksiyasını iqtisadi böhran şəraitində sadə vətəndaşlara kömək etməməkdə ittiham edib.

Müxalifət vətəndaşlara daha böyük məbləğdə nağd pul ödəmələrini tələb edir.

Marukianın bu tənqidi "Mənim addımım" fraksiyasını bərk qəzəbləndirib. Eşitdiklərindən narazı qalan Marukian çıxışını yarımçıq saxlayaraq kürsüdən enib. Elə bu zaman oturcağından qalxıb ona doğru gələn Mikaeliana yaxınlaşıb. Hər iki millət vəkili ayırılmadan əvvəl bir-birilərinə yumruq zərbələri ednirib.

"Məni nə qədər vurursan da, danışmağa davam edəcəyəm" kürsüyə qayıtdıqdan sonra Marukian deyib.

O, Paşiniyanın iki il əvvəl hakimiyyətə gəlməsinə işarə edərək deyib ki, "Inqilabı bu məclisdə, burada mübahisə mədəniyyətinin qurulması üçün də baş verdi".

Palatadakı gərginliyi soyutmaq istəyən parlament sədri Ararat Mirzoyan fasilə elan etmək üçün Marukianın nitqini yarımçıq saxlayıb.

"Hadisənin videosunu izlədikdən sonra baş verənləri izah edə bilməsəm də bu acınacaqlı bir təxribat"dır deyən Paşinyan davanı qınayıb. O, Marukyanın kürsüdən düşmək cəhdinin döyüşmək niyyətində olduğu ilə ifadə edib.

Bununla yanaşı Paşinyan partiyasının üzvlərinin də “təxribatlara əl atdıqları” təəssüfləndiyini ifadə edib.

Hazırda Ermənistanda COVID-19-a 3000-dən çox yoluxma və 43 ölüm qeydə alınıb. Hökümət ölkə boyunca məhdudiyyətlər tətbiq edib.

Ölkə iqtisadiyyatı beynəlxalq turizmdən və xaricdə işləyən vətəndaşların pul köçürmələrindən asılıdır. Koronavirusun yayılması nəticəsində dünya boyu ölkələrin sərhədləri bağlanıb, bir çox miqrant işçi işdən çıxarılıb. Eləcə də istirahət səyahətləri azaldıb.

_

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG