Accessibility links

Ermənistan prezidenti baş qərargah rəisinin işdən çıxarılması ilə bağlı əmri imzalamayıb


Armen Sarkisyan

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının başçısının vəzifəsindən azad edilməsi ilə bağlı əmri təsdiqləməyi rədd edib. Baş Nazir Nikol Paşinyanın fevralın 25-də onu işdən çıxarmaqla bağlı qərarı ölkədə siyasi böhrana səbəb olub.

Fevralın 27-də Sarkisyanın vebsaytına yerləşdirilən açıqlamada bildirilir ki, prezident general Onik Qasparyanın işdən çıxarılmasını konstitusiyaya zidd olduğunu hesab edir.

Prezidentin bu addımı ilə Paşinyana işdən çıxarılma əmrini yenidən təqdim etməsi üçün beş gün verir. Paşinyan isə artıq əmri prezidentə yolladığını bildirib.

Paşinyan Facebook-da Sarkisyanın qərarının “vəziyyətin həllinə heç cür kömək etmədiyini” yazıb.

Sarkisyan üç gün ərzində ya generalın işdən qovulma əmrini imzalamalı ya da nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

Sarkisyan bəyanatında bildirib ki, o, Qasparyanın işdən çıxarılma məsələsində hər hansı tərəfi dəstəkləmir və əlavə edib ki, “silahlı qüvvələr siyasi neytrallığı qoruyub-saxlamalıdır.”

Paşinyanı əvəzləmək üçün namizəd olaraq göstərilən Sabiq Baş Nazir Vazgen Manukyan müxalifətin Yerevanda keçirdiyi mitinqdə bildirib ki, prezident bu qərarı ilə “ordunu dəstəklədiyini sübut edib.”

“Mən polis və milli təhlükəsizlik xidmətindən də ordunun tərəfinə keçdiklərinə dair bəyanatlar görəcəyimizə ümid edirəm,” o əlavə edib.

Paşinyan deyib ki, o Qasparyanı onun devrilməsi məqsədi daşıyan çevriliş cəhdindən sonra vəzifəsindən uzaqlaşdırıb. Qasparyan və digər yüksək rütbəli ordu rəsmiləri ötən ilin sonunda Emrənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üzərində gedən altı-həftəlik müharibəni idarə etməsi ilə əlaqədar olaraq Paşinyan və onun kabinetinin istefasına çağıran açıq məktub imzalayıblar.

Parlamentdə çoxluq təşkil edən "Mənim Addımım" ittifaqına mənsub Paşinyan müxalifətin erkən seçki tələbini rədd edib.

XS
SM
MD
LG