Accessibility links

Ermənistanda nümayişlər davam edir, etirazçılar baş nazirin istefasını tələb edir


Ermənistanda müxalif faəllar Baş nazir Nikol Paşinyanın istefası çağırışları ilə paytaxt küçələrini bağlayıb.

Paşinyan və partiyası bir gün əvvəl yeni parlament seçkiləri keçirmə ehtimalını “müzakirə etməyə hazır olduqlarını” bildirdirsə də etirazçılar "Nikolsuz Ermənistan" və "Nikol getməlidir!" şüarları ilə 11 dekabrda paytaxtın küçələrin axışıblar.

Parlament sədrinin müavini Alen Simonyan 10 dekabr tarixində jurnalistlərə açıqlamasında bildirib ki, "Hakimiyyət baş nazirin qeyd etdiyi kimi, heç bir tərəfin digərini təhdid etməməsi şərti ilə bu cür müzakirələrə başlamağa hazırdır."

Müxalifət tərəfdarları Paşinyanın 10 noyabrda qüvvəyə minən Dağlıq Qarabağdakı altı həftəlik şiddətli döyüşlərə son qoyan Moskvanın vasitəçiliyi ilə imzalanan razılaşmadan sonra Yerevanda və digər şəhərlərdə mitinq keçirir.

Müxalif siyasətçilər yaxın aylarda erkən seçkilər keçirilənə qədər yeni, müvəqqəti hökumətin qurulmasına çağış edir.

2018-ci ildə ümummilli etirazlar fonunda hakimiyyətə gələn Paşinyan milli təhlükəsizliyin təmin edilməsi və Ermənistanda sabitliyi və milli təhlükəsizliyii təmin etməyə görə məsuliyyət daşıdığı üçün razılığı imzaladığını israr edərək istefa etmək fikrində olmadığını bildirib.

Müstəqil millət vəkili, Paşinyanın istefasını tələb edən müxalifət qüvvələrinə tənqidi yanaşan Arman Babacanyan deyib ki, partiyası məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr aparıb. O bildib ki, “Müzakirələr davam edir və ümid edirik, onlar faydalı olacaq, seçkiləri təyin etmək qərarıyla nəticələnəcək”.

Dekabrın 10-da Paşinyan hökumətinin həftəlik iclası keçirilən vaxt Yerevanda əsas hökumət binası qarşısında ondan çox müxalif partiyasından ibarət koalisiya yüzlərlə tərəfdarı ilə etiraza çıxıb.

Etirazlar zamanı 40-a yaxın insanın saxlandığı bildirilir.

XS
SM
MD
LG