Accessibility links

Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb


Ermənistanın Mərkəzi Seçki Komissiyası dekabrın 9-da keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku 70,42% səs toplayaraq, parlamentdəki 135 mandatdan 88-ni qazanıb.

Seçkidə ümumilikdə 9 partiya və 2 blok iştirak edib.

Amma parlamentə düşmək üçün tələb olunan 5 faizlik həddi onlardan yalnız 3-ü keçə bilib.

Paşinyanın bloku ilə yanaşı,”biznesmen Garik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası (26 mandat) və deputat Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası (18 mandat) parlamentə düşüblər.

Amma keçmiş dövlət başçısı Serj Sarqsyanın rəhbərlik etdiyi keçmiş hakim “Respublika” partiyası cəmi 4,7 faiz səs toplaya bilib ki, bu da parlamentdə yer almaq üçün yetərli deyil.

Paşinyan hakimiyyətə,bu ilin yazında keçirilən kütləvi etiraz aksiyalarından sonra gəlib.

O, bu müddət ərzində bütün qubernatorları dəyişə bilib, ölkədə korrupsiya əleyhinə kampaniyaya başlayıb və vergi ödəmələrinin artmasına nail ola bilib.

Tərəfdarları onun ölkədə islahatlar apara biləcəyinə inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG