Accessibility links

Ermənistanda seçkilərdə Paşinyanın partiyasının qələbə çaldığı bildirilir


Ermənistanın mərkəzi seçki komissiyası bildirib ki, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası bazar günü keçirilən parlament seçkilərində səslərin 53.9%-ni qazanıb. Əsas rəqibi, keçmiş prezident Robert Köçəryanın “Ermənistan İttifaqı” səslərin təxminən 21%-ni toplayaraq ikinci olub.

Açıqlamadan əvvəl tərəfdarları qarşısında danışan Paşinyan bütün ermənilərə təşəkkür edib və ölkənin üzləşdiyi çətinliklərin öhdəsindən gələcəyinə söz verib.

“Proqnozlaşdırıldığı kimi ermənilər bu seçkilərdə (Paşinyanın partiyasını seçməklə) qalib gələcəklər. Bütün erməni xalqına bir daha təşəkkür etmək və sizə ehtiramımı bildirmək istəyirəm. Biz bu çətin vaxtları geridə qoyduq və indi ayağa qalxıb irəliləmək vaxtıdır” - deyə, o bildirib.

Seçicilər seçkilərin nəticələrinə müxtəlif reaksiya veriblər.

“Yaxşı, ədalətli seçkilər idi. İnsanlar özlərini ifadə etdilər. Ermənistanda çox az sayda ədalətli seçki keçirilib, amma bu onlardan biri idi” - deyə, bank işçisi Serob Kepikyan bildirib.

Paşinyan noyabr ayında Azərbaycanla sülh sazişi imzaladığına görə onun istefası tələbi ilə bir neçə ay davam edən etirazlardan sonra növbədənkənar seçkilərə çağırmışdı.

“Mən Kəlbəcərdənəm. Nəticələr məni qane etmir, çünki bəlkə də hər şeyin yaxşı olacağına dair kiçik bir ümid var idi, amma Paşinyanla gələcəyimiz olduğunu düşünmürəm” - deyə, müəllimə Anna Şahgeldyan bildirib.

Səsvermə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Rusiya tərəfindən müşahidə edilib.

Paşinyanın iki ölkə arasında 6500-dən çox insanın ölümülə nəticələnən altı həftəlik müharibədən sonra noyabr ayında Moskvanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalaması Ermənistanda bir çoxları tərəfindən qəzəblə qarşılanmışdı.

XS
SM
MD
LG