Accessibility links

Ermənistanda SU-25 qırıcısı qəzaya uğrayıb


Ermənistan Müdafiə nazirliyi Su-25 qırıcısının qəzaya uğraması və iki pilotun həlak olması xəbərini təsdiqləyib.

“Təyyarə Maralik (Molla Göyçə) rayonunda tapılıb. Həlak olan hərbçilər polkovnik - leytenant Babayan və mayor Manukyandır.”,Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Daha əvvəl verilən xəbərə görə, Ermənistan Hava Qüvvələrinin təlim-məşq uçuşu həyata keçirən təyyarəsi ilə dekabrın 4-ü səhər saat 10:20-də əlaqə kəsilib. Təyyarə Gümrüdəki hava limanından saat 10:06 havaya qalxıb və sonra yoxa çıxıb.

SU-25 qırıcı təyyarəsi 1980-1992-ci illərdə istehsal olunub və Əfqanıstan, Çeçenistan və Suriya da daxil olmaqla, SSRİ və Rusiya orduları tərəfindən hərbi münaqişələrində istifadə olunub. SSRİ-nin dağılmasından sonra Ermənistan bu qırıcıların bir neçəsini əldə edib. 2004-2005-ci illərdə isə Ermənistan $1 milyon dəyərində daha 10 qırıcı alıb. 2000-ci illərin sonundan etibarən bu təyyarələr SU-27 qırıcıları ilə əvəz olunmağa başlayıb.

2016-cı ildə Rusiyada iki bu cür qırıcı təyyarə qəzaya uğrayıb. Fevralın 29-da SU-25 Stavropolda hərbi-təlim uçuşu zamanı qəzaya uğrayıb, pilot həlak olub. Mart ayında isə Primorsk bölgəsində aerodromun yaxınlığında qəzaya uğrayıb, pilot katapult edə bilib.

2018-ci ilin fevralında isə Rusiyanın SU-25 qırıcısı Suriyanın Cəbhətül Nusra qrupunun nəzarətində olan ərazisində vurulub. Pilot Roman Filippov katapult etsə də, həlak olub.

XS
SM
MD
LG