Accessibility links

Ermənistanda hadisələr Gürcüstan və Ukrayna ilə müqayisə edilir [Video]


Ermənistanda hadisələr Gürcüstan və Ukrayna ilə müqayisə edilir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Son iki həftədir siyasi qeyri-müəyyənliyin yaşandığı Ermənistanda parlament mayın 1-də baş nazirin seçiləcəyini elan edib. Bu həftənin əvvəli minlərlə nümayişçinin etirazlarından sonra Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Bəzi beynəlxalq müşahidəçilər Ermənistanda baş verən hadisələri keçmiş sovet respublikalarındakı inqilablara bənzədir. Lakin təhlilçilər fərqli cəhətləri göstərərək, Ermənistanda siyasi qeyri-müəyyənliyin geosiyasi nəticələrinin aydın olmadığını qeyd edir.

Yerevanda minlərlə nümayişçi müxalifət liderinin siyasi dəyişikliklər məqsədilə nümayişə çıxmaq çağırışına cavab olaraq küçələrə çıxdı.

Nikol Paşinyan: “Biz indi hakimiyyətdə qalmağa çalışan Respublikaçı Partiyasına qarşı etiraz edirik.”

Etirazlar nəticəsində baş nazir Serj Sarkisyan bazar ertəsi istefa verdi. Müvəqqəti baş nazir Karen Karapetyan bütün partiyaların iştirakı ilə yeni seçkilərlə bağlı müzakirələrin keçirildiyini bildirdi.

Bu elan küçələrdə alqışlarla qarışlandı. Opponentlər keçmiş baş nazir Serj Sarkisyanı konstitusiyanı təhrif edərək, hakimiyyətdə qalmaqda ittiham edirdi.

İlk baxışda xalqın gücünün nümayişi 2014-cü ildə Ukraynada Rusiya tərəfdarı liderin hakimiyyətdən salınması, 2003-cü ildə Gürcüstandakı hadisələrə bənzəyir. Lakin Mokvadakı təhlilçi Karine Qevorkyan böyük fərqlərin olduğunu deyir.

“Ermənistanda xüsusilə də bu vəziyyət Ukraynada olduğu kimi nə Qərb, nə də Şərqlə əlaqədar deyil. Burada söhbət hakimiyyətin qeyri-effektiv, qeyri-produktivliyindən gedir.”

Chatam House mərkəzində təhlilçi Anahit Şirinyanın sözlərinə görə isə, Sarkisyan Moskvanın müqəvvası deyil.

Təhlilçi Anahit Şirinyan: “O, son hadisələrə qədər Qərb tərəfindən qəbul edilirdi. Ona görə ki, onun Ermənistanın xarici siyasətində dəyişiklikliyə çalışdığı düşünülürdü. O, 2008-ci ildə Türkiyə ilə yaxınlaşmaya meyl göstərərək, Türkiyəyə doğru cəsarətli addım atdı və 2013-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzaladı.”

Moskvanın təzyiqləri nəticəsində assosiasiya sazişi baş tutmadı və Ermənistan əksinə Rusiyaya yönəli Avrasiya Birliyinə qoşuldu. Lakin Qevorkyan Rusiyanın Ermənistanda təsirini gücləndirə bilmədiyini iddia edir.

“Mən hesab edirəm ki, bu, Rusiyanın özünün Ermənistanda siyasi məkanı tərk etməsinə görə baş verib. Bu arada, Birləşmiş Ştatlar və digər Qərb ölkələri də daxil olmaqla, başqa ölkələr bu məkanı doldurmaq üçün kifayət qədər səylə və məharətlə hərəkət edib.”

Təhlilçilərin fikrincə, Ermənistan indi geosiyasi yol ayrıcındadır.

Təhlilçi Anahit Şirinyan: “Bu, Qərbə, Avropa İttifaqına yaxınlaşmaq üçün bir imkandır, çünki fikrimcə, ölkədə islahatların növbəti mərhələsində Avropa İttifaqının dəstəyi xüsusilə mühüm olacaq.”

Rusiya hadisələrə rəsmi səviyyədə az reaksiya verib. Moskvanın Ermənistanda hərbi bazaları var və iki ölkə arasında tarixi və iqtisadi əlaqələr mövcuddur.

Təhlilçilər bildirir ki, güclü etirazlar bütün tərəflərdən reaksiyalara gətirib çıxaracaq.

XS
SM
MD
LG