Accessibility links

Ermənistan İranla sərhədi bağlayıb


Ermənistan martın 3-dən etibarən İranla sərhədini bağlayıb.

İran mətbuatının Culfa rayonunun Nurdüz gömrüyündən alınan məlumata görə, bu sərhəd martın 24-ə qədər bağlı qalacaq.

Ermənistan İranla sərhədini fevralın 23-də koronavirusun yayılmasına görə bağlasa da, İran mallarının Ermənistana ixracı davam edirdi.

Ermənistan vətəndaşları İrandan öz ölkələrinə keçə biləcəklər. Ermənistanın sərhədi qonşu İranla bağlama qərarı həmin ölkədə koronavirusa ilk yoluxma halının təsdiqlənməsindən sonra həyata keçirilib.

İranda son zamanlar koronavirusa yoluxma halları sürətlə yayılaraq, hökumətin yüksək səlahiyyətli rəsmilərinin yoluxması və ölümünə səbəb olub.

XS
SM
MD
LG