Accessibility links

Ermənistan parlamenti Paşinyanın namizədliyinin əleyhinə səs verib


Ermənistan parlamentinun qanunvericiləri ölkədə bir neçə həftədir sürən etirazların lideri olan Nikol Paşinyanın baş nazir postuna namizədliyinin əleyhinə səs verib.

Parlamentdə səsvermə 45 leyihə 55 əleyhinə nisbətində olub. Paşinyanın namizədliyinin təsdiqi üçün 8 səs çatmayıb.

Hakim Respublikaçı partiyanın qanunvericiləri etirazların liderinin əleyhinə çıxıb.

Respublikaçı partiya bundan öncə keçən həftə bildirib ki, partiyanı təmsil edən qanunvericilr Paşinyan baş nazir vəzifəsinə yeganə namizəd olduğu halda da səslərini ona verməyəcək.

Ermənistan konstitusiyasına əsasən, parlament baş nazir vəifəsinə namizədi təsdiq etmədikdə, ikinci səsvermə keçirilməlidir. Növbəti səsvermə mayın 8-ə təyin edilib.

Paşinyan müxalifətin onun baş nazir vəzifəsinə təsdiqi tələbi ilə bağlı danışıqlarada mövqeyini gücləndirmək məqsədilə ölkə vətəndaşlarını mayın 2-də ümumi tətilə çağırıb.

XS
SM
MD
LG