Accessibility links

Ermənistanda qarşıdurma


Ermənistanda millət vəkilləri Serj Sarkisyanı baş nazir vəzifəsinə nominasiya etdikdən sonra paytaxt Yerevanda bu qərara etiraz edən nümayişçilərlə iğtişaş polisi arasında toqquşmalar olub.

Tənqidçilər Sarkisyanın baş nazir təyin edilməsini onun hakimiyyətinin uzadılması vasitəsi kimi qiymətləndirilər.

Etirazlara rəhbərlik edən Nikol Paşinyan aprelin 16-dı kəsik yaraları və gözünün zədələnməsinə görə xəstəxanaya aparılıb. Polis millət vəkili Paşinyanın və onun tərəfdarlarının parlamentə daxil olmasının qarşısını alıb.

Paşinyanın xanımı AzadlıqRadiosuna deyib ki, Nairi Tibb Mərkəzində müalicə olunan əri tezliklə qayıdaraq minlərlə etirazçıya qoşulacağını bildirib.

Aprelin 16-da hakim Respublikaçı Partiya və onun müttəfiqi Erməni İnqilabi Federasiyası - Daşnaksutyun Sarkisyanın baş nazirliyə nominasiyasına yekdilliklə səs verib.

Ermənistan bayraqlarını dalğalandıran minlərlə nümayişçi Milli Məclisə aparan əsas küçəni - marşal Baqramyan prospektini bağlayıb. Burada parlamentə gedən yolu polis kordonu saxlayır.

Bundan sonra polis kütlənin qarşısını almaq üçün kəsici məftillərdən, gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

Etirazlara başçılıq edən Paşinyan deyib: “Ermənistanda nə isə misilsiz bir hadisə baş verir. Eyni adam üçüncü dəfə ölkə başçısı olmaq istəyir. Biz buna yol verə bilmərik”.

XS
SM
MD
LG