Accessibility links

Ermənistan Naxçıvan istiqamətində genişmiqyaslı operativ-taktiki təlimlərə başlayıb


Ermənistan Ordusu təlimdə (Foto Ermənistan Müdafiə Nazirliyinin saytından götürülüb)
Ermənistan Ordusu təlimdə (Foto Ermənistan Müdafiə Nazirliyinin saytından götürülüb)

7 gün davam edəcək təlimlərdə bütün qoşun növlərinin bölmələri iştirak edir

Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində yerləşən hərbi hissələri genişmiqyaslı operativ-taktiki təlimlər keçirirlər. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni tərəfi bu istiqamətdə təlimlərin keçirilməsini avqustun 23-də baş vermiş insident ilə izah edir. Belə ki, Aqarak-Ordubad sərhədində bir erməni hərbçi öldürülüb, digəri yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 7 gün davam edəcək təlimlərdə bütün qoşun növlərinin bölmələri iştirak edir. Təlimlərdə atəş tapşırıqları yerinə yetirilməklə əks hücum planı həyata keçiriləcək.

Təlimlər Baş Qərargah rəisi Yuri Xaçaturovun rəhbərliyi ilə keçirilir. Sentyabrın 4-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan təlim zonasına baş çəkib.

Təlimlərə hazırlıq sentyabrın 3-dən başlayıb. Həmin gün Yerevan-Yerasx trassı cənub istiqamətində hərəkət edən döyüş dəstələri ilə dolu olub. Dəstəyə Silahlı Qüvvələrin şəxsi heyətinin olduğu hərbi avtomobillər, artilleriya, hərbi texnika daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG