Accessibility links

Ermənistan-Azərbaycan cəbhəsində şir (qəribə hadisə)


Ermənistan-Azərbaycan cəbhəsində şir (qəribə hadisə)
Ermənistan-Azərbaycan cəbhəsində şir (qəribə hadisə)

Bu gün səhər cəbhənin Ağdam istiqamətində azərbaycanlı əsgərlər cəbhə xəttinin pozucusuna atəş açıb. Yaxınlaşdıqda isə bunun şir olduğunu görüblər.

Ermənistan-Azərbaycan cəbhə xəttində qəribə hadisə baş verib. Azərbaycan hərbiçiləri qoşunların təmas xəttində əmrə tabe olmayan obyektə atəş açıb və məlum olub ki, güllələn obyekt şirdir.

Turan Agentliyi Azərbaycan Hərbi mənbələrinə istinadən bildirir ki, bu gün səhər cəbhənin Ağdam istiqamətində azərbaycanlı əsgərlər cəbhə xəttinin pozucusuna atəş açıb. Yaxınlaşdıqda isə bunun şir olduğunu görüblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib, lakin şirin haradan gəlib cəbhə xəttinə çıxdığını izah edə bilməyiblər.

Agentliyin yerli komandanlıqdakı mənbələrdən əldə etdiyi məlumatdan bəlli olub ki, şir Yerevan heyvanxanasından oğurlanıb və Dağlıq Qarabağdakı yerli erməni oliqarxlardan birinin şəxsi heyvanxanasına gətirilib. Lakin şir Qarabağda özünü pis hiss etdiyindən qaçıb. Onun cəbhə xəttinə necə gəlib çıxdığı isə məlum deyil.

Hadisə qeyri-adi görünsə də, Ermənistanın “Arminfo” agentliyi tərəfindən də təsdiqlənib. Agentlik Yerevan heyvanxanasından şirin yoxa çıxması və onun axtarışının nəticə verməməsi barədə məlumat yayıb.

XS
SM
MD
LG