Accessibility links

Əl-Qaidə Avropanın dəmiryol sisteminə hücumlar planlaşdırır?


Almaniyada dərc edilən qəzet yazır ki, Əl-Qaidənin Avropanın yüksək sürətli qatarlarına hücumlar planlaşdırdığına görə, bu ölkənin dəmiryol sistemində təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniyanın dəmiryol sisteminə hücumlar planı barədə xəbəri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) bir neçə həftə bundan əvvəl Əl-Qaidənin yüksək səviyyəli üzvlərinin aralarında telefon əlaqələrini izlədikdən sonra açıqlayıb.

Lakin Almaniyanın Daxili İşlər Nazirliyi hücumlarla bağlı xəbərlərin mütəmadi olaraq alındığını və təhlükəsizlik tədbirlərinin olduğundan daha çoc gücləndirilməyəcəyini bildirib.

MTA ətrafında dolaşan qalmaqal 22 sentyabr seçkiləri ərəfəsində kansler Angela Merkel üçün əsl başağrıya çevrilib. Bir vaxtlar nasistlərin və kommunistlərin idarə etdikləri ölkədə hökumətin vətəndaşları izləməsinə cəmiyyət son dərəcə həssas yanaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG