Accessibility links

İrandan gətirilən 98 800 kiloqram kartof Azərbaycana buraxılmayıb


Kartof güvəsi
Kartof güvəsi

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İrandan Azərbaycana "Gülü-80" MMC tərəfindən gətirilən 98 800 kiloqram kartof məhsulunda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Bu səbəbdən kartofun ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

XS
SM
MD
LG