Accessibility links

Əsəd qaçqın böhranına görə Qərbi ittiham edib


Suriya prezidenti Bəşar Əl-Əsəd kütləvi qaçqın dalğasına görə Qərb dövlətlərini ittiham edərək bildirib ki, Suriya böhranı başlayacandan bəri Qərb terrorizmi dəstəkləyərək ölkədəki insanları Avropaya qaçması üçün şərait yaradıb.

2011-ci ildə dinc nümayiş kimi başlayan Suriya münaqişəsi bir qədər sonra sərt zorakılıqlar və ardınca çoxtərəfli vətəndaş müharibəsinə səhnə olub.

Ancaq Rusiya mediasına müsahibəsində cənab Əsəd insanların ölkəni tərk etməsində hökumətin günahının olması iddialarını qəbul etməyib. Onun sözlərinə görə, bu, Qərb hökumətlərinin propaqandasıdır.

Prezident Əsəd hökumət əleyhinə döyüşən hər bir kəsi terrorçu kimi qiymətləndirib. ABŞ və bəzi Avropa dövlətləri mötədil adlandırdıqları üsyançıları hərbi təchizatlar və təlimlərlə təmin edib.

XS
SM
MD
LG