Accessibility links

Bəşar əl-Əsədin uşaqları rus dili öyrənməyə başlayıb


Rus dili Suriya məktəblərində tədris olunan əsas xarici dilə çevrilib. Suriyanın Rusiyadakı səfiri bildirib ki, hətta Prezident Bəşar əl-Əsədin uşaqları rus dilini öyrənirlər.

“Əsədin rus dilini ölkədə ikinci dil elan etməsi Rusiya xalqına olan şükranlığımızın göstəricisidir,” deyə səfir Riyad Həddad TASS xəbər agentliyinə bildirib.

Əsədin rus dilini ölkədə ikinci dil elan etməsi Rusiya xalqına olan şükranlığımızın göstəricisidir.
Riyad Həddad, Suriya səfiri

Bu şükranlığın gğöstəricis olaraq çox sayda ailələr yenicə doğulmuş övladlarına “Putin" adı qoyurlar.

“Sirr deyil ki, prezidentin də uşaqları rusca öyrənir,” səfir əlavə edib.

Həddadın söylədiklərinə görə, Suriya məktəblərində rus dilinin tədrisi 7-ci sinifdən başlanır, və artıq bütün Suriya universitetlərində rus dili fakültəsi açılıb.

Suriya prezidenti bu yaxınlarda Dəməşq civarında rusdilli məktəbin inşası üçün ərazi ayırıb.

Suriyanın Moskvadakı səfiri Rusiyanın Əsədə dəstəyinə görə şükran suriyalıların öz övladlarına "Putin" adı qoyduqlarını deyir.
Suriyanın Moskvadakı səfiri Rusiyanın Əsədə dəstəyinə görə şükran suriyalıların öz övladlarına "Putin" adı qoyduqlarını deyir.

Ölkəsində üsyanla üzləşən Suriya prezidenti Bəşar əl-Əsədin öz hakimiyyətini qoruyub saxlamasında Rusiya instrumental rol oynayıb.

2011-ci ildən bəri baş qaldıran vətəndaş müharibəsində Suriyada yüz minlərlə adam həlak olmuş, milyonlarla adam evlərindən didərgin düşmüşdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG